• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda yeni metro stansiyası təhlükəli ərazidə tikilir? – RƏSMİ AÇIQLAMA

29 Aprel, 26 / 13:30
A A

Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı, QHT rəhbəri Sahib Məmmədov metronun “Nizami” stansiyasının yaxınlığında planlaşdırılan “B-5” stansiyasının tikintisini məqsədəuyğun hesab etmədiyini bildirib.

S.Məmmədov bildirib ki, həmin ərazi yeraltı suların aktiv zonasıdır. Onu sözlərinə görə, ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir.

“Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir.”, – S.Məmmədov deyib.

Cagdas.az xəbər veriri ki Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək. Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır.

“Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirib.

Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı bu keçidlə “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək”.

Qurumdan qeyd edilib ki, Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib:

“Bu xüsusda “Nizami-28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.

Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib.

“B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Bu halda avtomobillər dövlət mülkiyyətinə keçiriləcək

Aprel 29, 2026
Cəmiyyət

Müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

Aprel 29, 2026
Cəmiyyət

Onların baqajları gömrükdə yoxlanılmayacaq

Aprel 29, 2026
Cəmiyyət

Gömrük orqanlarının vəzifələri artırılır

Aprel 29, 2026
Cəmiyyət

Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər

Aprel 29, 2026
Cəmiyyət

Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək

Aprel 29, 2026

XƏBƏR LENTİ

Bu halda avtomobillər dövlət mülkiyyətinə keçiriləcək

29 Aprel, 26 / 17:13

Müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

29 Aprel, 26 / 16:58

Onların baqajları gömrükdə yoxlanılmayacaq

29 Aprel, 26 / 16:46

Gömrük orqanlarının vəzifələri artırılır

29 Aprel, 26 / 16:32

Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər

29 Aprel, 26 / 16:18

Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək

29 Aprel, 26 / 16:04

Kirayə mənzillərin qiymətində artım gözlənilir?

29 Aprel, 26 / 15:49

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

29 Aprel, 26 / 15:35

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər - FOTOLAR

29 Aprel, 26 / 15:26

Növbəti koç karvanları Xocalı şəhərinə çatıb – YENİLƏNİB

29 Aprel, 26 / 15:21
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.