Gömrük ödənişlərinin geri qaytarılması üçün müraciət müddəti 3 ilə çatdırılır
Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklərə görə, gömrük ödənişlərinin qaytarılması üçün müraciət müddəti 1 ildən 3 ilə qədər artırılır.
Belə ki, mövcud qaydalara əsasən, ödənişlərin geri qaytarılması üçün ödəniş edildiyi tarixdən etibarən 1 il ərzində müraciət etmək mümkün idi. Yeni dəyişikliklə bu müddət 3 il olaraq müəyyən edilir və ödəniş edən şəxs və ya onun nümayəndəsi bu müddət ərzində gömrük orqanına ərizə ilə müraciət edə biləcək.(modern.az)
















