• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu ildən etibarən özəl məhkəmə ekspertləri fəaliyyətə başlayacaq

29 Aprel, 26 / 17:43
A A

Azərbaycan məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

Cagdas.az xəbər veriri ki bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə qəbul edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” ekspertiza xidmətlərinin keyfiyyətinin artırılmasını, beynəlxalq standartlara uyğunlaşdırılmasını və institusional imkanların genişləndirilməsini nəzərdə tutur.

Konsepsiyada xüsusi yer tutan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyətə başlaması və inkişafıdır. Bu institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi təmin etməklə yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm töhfə verəcək.

Özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.

Qeyd edək ki, özəl məhkəmə ekspertləri ilə məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərin hüquq və vəzifələri, habelə məsuliyyəti eyni hüquqi çərçivə əsasında müəyyən edilir. Bu yanaşma ekspert rəylərinin obyektivliyinin, qərəzsizliyinin və mötəbərliliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, bütün ekspertlər üçün vahid peşə standartlarının tətbiqi ədalət mühakiməsində bərabərliyin qorunmasına və hüquqi təminatların gücləndirilməsinə imkan yaradır.

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün aydın və konkret hüquqi tələblər müəyyən olunub. Namizədlər müvafiq ixtisas üzrə ən azı 10 illik iş təcrübəsinə malik olmalı, yaxud fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə və ya xüsusi biliklərini təsdiq edən beynəlxalq səviyyədə tanınmış sənədlərə sahib olmalıdırlar.

Qeyd olunan beynəlxalq sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilib. Eyni zamanda, siyahıda olmayan sənədlər üzrə də əlavə qiymətləndirmə aparılması mümkündür.

Bununla yanaşı, özəl məhkəmə eksperti olmaq istəyən şəxslər üçün məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyi, ekspert rəyinin hazırlanması qaydalarını və etik davranış normalarını əhatə edən icbari təlim və namizədlərin peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə müsahibə mərhələsi nəzərdə tutulub.

Qanuna uyğun olaraq, şəhadətnamə almış şəxslər barədə məlumatlar dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil ediləcək və yalnız bundan sonra onların məhkəmə eksperti kimi fəaliyyəti mümkün olacaq. Qeyd olunan mexanizm bu sahədə şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəlib.

Fiziki və hüquqi şəxslər, eləcə də onların nümayəndələri qanunvericilikdə müəyyən edilmiş hallarda məhkəmə ekspertizasının aparılması üçün həm məhkəmə ekspertizası idarələrinə, həm də özəl məhkəmə ekspertlərinə müraciət etmək hüququna malikdirlər. Bu zaman ekspertiza xidmətləri tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilir və sifarişçinin vəsaiti hesabına maliyyələşdirilir.

Müqavilə çərçivəsində ekspert bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıdığı barədə məlumatlandırılır və bu hal onun imzası ilə təsdiq edilir. Bu yanaşma ekspert fəaliyyətində qərəzsizlik, obyektivlik və peşə məsuliyyətinin təmin edilməsinə xidmət edir.

Həyata keçirilən islahatların əsas məqsədi müasir, şəffaf, çevik və etibarlı məhkəmə ekspertizası sisteminin formalaşdırılması, bununla da vətəndaşların hüquq və azadlıqlarının daha effektiv təmin edilməsinə, ədalət mühakiməsinin çevikliyinin yüksəldilməsinə nail olmaqdır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”da bu il özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılması nəzərdə tutulur. Konsepsiya çərçivəsində özəl məhkəmə ekspertizası institutunun mərhələli şəkildə inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərə metodiki və təşkilati dəstəyin göstərilməsi, həmçinin ictimai etimadın formalaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılır.(ölkə.az)

 

Bənzər Xəbərlər

Cəmiyyət

Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?

Aprel 29, 2026
Cəmiyyət

Bu xəstəxananın köçürülməsinə başlanıldı

Aprel 29, 2026
Cəmiyyət

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

Aprel 29, 2026
Cəmiyyət

Kürdə su artdı, körpü sıradan çıxdı

Aprel 29, 2026
Cəmiyyət

Azərbaycan – İran sərhədində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək

Aprel 29, 2026
Cəmiyyət

Yağışlar mayda da davam edəcək – Aylıq hava proqnozu

Aprel 29, 2026

XƏBƏR LENTİ

Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?

29 Aprel, 26 / 21:21

Bu xəstəxananın köçürülməsinə başlanıldı

29 Aprel, 26 / 20:07

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

29 Aprel, 26 / 19:48

Kürdə su artdı, körpü sıradan çıxdı

29 Aprel, 26 / 19:34

“1400 mülki şəxsin qatili” etiraf etdi: “Əmr birbaşa Əsəddən gəlirdi, vurduqca mükafat alırdıq”

29 Aprel, 26 / 19:18

Əsəd dövrünə dair məhkəmə prosesi başladı: rejimin “qara qutuları” ittiham olunur

29 Aprel, 26 / 18:59

Azərbaycan – İran sərhədində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək

29 Aprel, 26 / 18:44

Yağışlar mayda da davam edəcək – Aylıq hava proqnozu

29 Aprel, 26 / 18:29

Gömrük pirat və kontrafakt şübhəsi olan tez xarab malların buraxılışını dayandıracaq

29 Aprel, 26 / 18:14

Gömrükdə ödənişlər nağdsız olacaq

29 Aprel, 26 / 18:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.