• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.9° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Əmək qabiliyyətini itirənlər müavinəti bu qaydada alacaq

30 Aprel, 26 / 14:53
A A

Sabahdan etibarən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

Çağdaş.Az-ın məlumatına görə, müvafiq qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət tibbi müəssisə tərəfindən elektron sənəd formasında tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülən xəstəlik vərəqinə dair məlumatlar əsasında, əmək qabiliyyətinin itirildiyi təqvim günləri üçün verilir. Bu müavinəti almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil olunur.

Belə ki, müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin bir ildən çox olmayan müddət üçün ödənilir.

Qaydalara görə, müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin iyirmi beş mislindən və ya sığortaolunanın aylıq vəzifə maaşının və ya tarif dərəcəsinin iki qatından artıq ola bilməz. Müavinət sosial sığorta stajından asılı olmayaraq ümumi qazancın yüz faizi miqdarında ödənilir.

Müavinətin hesablanması əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl dörd rüb üzrə sığortaolunanın ümumi qazancı və həmin dövr üzrə təqvim günləri nəzərə alınmaqla müəyyən edilir.

Eyni zamanda, bölən təqvim günlərinin hesablanması zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, eləcə də qismən ödənişli sosial məzuniyyət dövrlərinə düşən günlər ümumi təqvim günlərindən çıxılır.

Əlavə olaraq, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir. Xəstəlik fasiləsiz davam etdikdə ilk on dörd gün üzrə ödəniş yalnız bir dəfə həyata keçirilir, fasilələrlə davam etdikdə isə hər dəfə ayrıca hesablanır.

Sığortaolunanın əsas iş yeri ilə yanaşı əlavə iş yeri olduqda, ilk on dörd gün üzrə müavinət hər iş yeri üzrə ayrı-ayrılıqda hesablanır və ödənilir, qalan günlər üçün isə ümumi qazanc nəzərə alınmaqla məcburi dövlət sosial sığorta vəsaiti hesabına verilir.

Əlavə olaraq, əsas iş yerindən kənar muzdlu fəaliyyətə aid olmayan gəlir əldə edən sığortaolunanlar üçün ilk on dörd gün üzrə müavinət yalnız əsas iş yerindən əldə edilən qazanc əsasında hesablanır, sonrakı günlər üçün isə ümumi gəlir nəzərə alınır.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılması mümkün olmadığı hallarda isə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın müvafiq əlavəsinə uyğun olaraq sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.

Yeni qayda mayın 1-dən tətbiq olunur. Bu tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçirilir./Modern.az/

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI

Aprel 30, 2026
Cəmiyyət

Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB

Aprel 30, 2026
Cəmiyyət

Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi

Aprel 30, 2026
Cəmiyyət

Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu

Aprel 30, 2026
Cəmiyyət

Bu avtomobillər İçərişəhərə buraxılmayacaq – SABAHDAN

Aprel 30, 2026
Cəmiyyət

Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

Aprel 30, 2026

XƏBƏR LENTİ

Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI

30 Aprel, 26 / 18:24

Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB

30 Aprel, 26 / 18:10

Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi

30 Aprel, 26 / 17:56

Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu

30 Aprel, 26 / 17:42

Bu avtomobillər İçərişəhərə buraxılmayacaq – SABAHDAN

30 Aprel, 26 / 17:42

Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

30 Aprel, 26 / 17:28

İlham Əliyev Fərman imzaladı

30 Aprel, 26 / 17:14

Bu avtobuslar yenilənir

30 Aprel, 26 / 17:00

Sabahdan Bakıda sürücülər üçün VACİB DƏYİŞİKLİK

30 Aprel, 26 / 16:47

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ – Ölən və yaralanan var

30 Aprel, 26 / 16:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.