Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Dünyada hantavirus narahatlığı artır: Daha bir ölkədə aşkarlandı, fövqəladə vəziyyət rejimi işə salındı

Dünya

Argentinadan yola düşən Hollandiya bayraqlı “MV Hondius” sərnişin gəmisində yayılan hantavirus infeksiyası Hollandiya, İsveçrə və Sinqapurdan sonra İsrail və Böyük Britaniyada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyəcan siqnalı verdiyi xəstəliklə bağlı beynəlxalq narahatlıq artır.

Çağdaş.Az xəbər verir ki, Aprelin 1-də Argentinadan hərəkət edən və 23 ölkədən sərnişin daşıyan lüks “MV Hondius” gəmisində aşkarlanan hantavirus halları dünya gündəminə çevrilib. Gəmi marşrutunu İspaniyanın Kanar adalarına yönəltdiyi vaxt virusun gəmidən kənardakı təmaslar vasitəsilə müxtəlif ölkələrə yayıldığı bildirilib. Hollandiya və Sinqapurda karantinə alınan şübhəli hallardan sonra dünən İsrail, bu gün isə Böyük Britaniya ilk yoluxma faktını rəsmən təsdiqləyib.

ÜST-ün məlumatına görə, indiyədək 5-i təsdiqlənmiş olmaqla ümumilikdə 8 yoluxma halı aşkarlanıb. Virus səbəbindən ölənlərin sayı isə 3-ə yüksəlib.

İlk ölüm aprelin 11-də hollandiyalı sərnişində qeydə alınıb. Daha sonra onun həyat yoldaşı Cənubi Afrikada, almaniyalı başqa bir sərnişin isə mayın 2-də həyatını itirib.

Hollandiya: KLM hava yollarında çalışan bir stüardessa həyatını itirən sərnişinlə təmasda olduğu üçün karantinə alınıb. Son test nəticəsinin mənfi çıxdığı bildirilib.

Sinqapur: Gəmidə olan 2 nəfər yüksək risk səbəbilə müşahidə altına götürülüb.

Böyük Britaniya: Ölkədə ilk hantavirus hadisəsi rəsmən təsdiqlənib.

İsveçrə: Federal İctimai Səhiyyə İdarəsi virus daşıyan bir şəxsin Sürix Universitet Xəstəxanasında müalicə aldığını açıqlayıb.

İsrail: Şərqi Avropada yoluxduğu ehtimal edilən bir şəxsdə hantavirus aşkarlanıb. Xəstənin vəziyyətinin stabil olduğu bildirilib.

ÜST rəhbəri Tedros Adhanom Qebreyesus ilkin yoluxmaların Cənubi Amerikadakı quş müşahidəsi turu zamanı baş vermiş ola biləcəyini deyib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) isə vəziyyəti “3-cü səviyyə fövqəladə vəziyyət” kodu ilə izləməyə başladığını və Təcili Əməliyyatlar Mərkəzinin aktivləşdirildiyini açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, hantavirus gəmiricilərin ifrazatları vasitəsilə yayılan, yüksək hərarət və tənəffüs çatışmazlığı yaradan təhlükəli xəstəlikdir. Bununla belə, ÜST rəsmiləri virusun yayılma formasının COVID-19-dan fərqli olduğunu vurğulayaraq, hazırkı vəziyyətin qlobal pandemiyaya çevrilmə ehtimalının aşağı olduğunu qeyd ediblər. İctimaiyyətə panikaya düşməmək çağırışı olunub.