Truth Social sosial şəbəkəsinə sahib olan Trump Media & Technology Group 2026-cı ilin birinci rübündə 405,9 milyon dollar zərərlə üzləşib.
Cagdas.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın media qrupunun maliyyə itkiləri əsasən kriptovalyuta bazarında qeydə alınıb. Belə ki, şirkət fevralın sonlarında qiymət 70.000 dollardan aşağı olanda 2000 bitkoin satıb. Agentlik qeyd edir ki, 2025-ci ilin oktyabr ayında bitkoinin qiyməti rekord həddə – 126.000 dollara çatıb. (Musavat.com)
















