İsrailin ABŞ-nin razılığı ilə İraq səhrasında İrana qarşı əməliyyatlar üçün istifadə olunan gizli hərbi baza inşa etdiyi iddia olunur.
Cagdas.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, gizli hərbi obyekt İran ərazisinə müntəzəm hava zərbələrinin endirilməsi üçün aktiv şəkildə istifadə olunur.
Məlumata əsasən, bazada həmçinin katapult olunan israilli pilotların operativ şəkildə tapılması üçün xüsusi xilasetmə qrupları yerləşdirilib.
Mənbələrin iddiasına görə, mart ayında yerli çoban bölgədə helikopterlərin qeyri-adi fəallığı barədə məlumat verdikdən sonra gizli bazanın ifşa olunmaq təhlükəsi yaranıb.
Rəsmi Tel-Əviv və Vaşinqton bu məlumatlarla bağlı hələlik açıqlama verməyib.(“Ölkə.az)
















