ABŞ-İran münaqişəsi fonunda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsinin işə salınması perspektivləri qaranlıqdır.
Cagdas.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib.
“Bir sıra ekspertlər hesab edirlər ki, İran-Amerika münaqişəsi nəzərə alınmaqla, “Tramp Yolu”nun işə salınması perspektivləri qaranlıqdır. Onlar qeyd edirlər ki, İranın ABŞ-ın şimal sərhədində mövcudluğuna mənfi münasibətindən əlavə, “Tramp Yolu”nun da bir hissəsi olması nəzərdə tutulan Orta Asiyadan Avropaya gedən yol üzərində Amerikanın nəzarəti Asiya tərəfdaşları arasında inamsızlıq yarada bilər. Çin və Rusiya yükləri olmadan layihəyə qoyulan investisiyanı geri qaytarmaq olduqca çətin olacaq”, – deyə Galugin qeyd edib.
Onun sözlərinə görə, nəzərə alınmalı bir neçə obyektiv amil də var:
“Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin olması, Azərbaycan sərhədi ilə maneəsiz əlaqə üçün Rusiya standartlarına uyğun dəmir yolu xəttinin çəkilməsi zərurəti, 2038-ci ilə qədər qüvvədə olan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin Ermənistan dəmir yolu şəbəkəsini idarə etmək üçün güzəştə getməsi və Ermənistanın Avrasiya İqtisadi Birliyinin vahid gömrük məkanına daxil edilməsi”.
Kaluqin vurğulayıb ki, ümumən Azərbaycanı onun Naxçıvan bölgəsi arasında Cənubi Ermənistandan keçən tranzit marşrutu yoxdan yaranmayıb:
“Onun yaranmasından əvvəl Rusiya-Azərbaycan-Ermənistan formatı çərçivəsində iki illik gərgin iş, yəni baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaranıb. 2023-cü ilə qədər yalnız Cənubi Ermənistandan Naxçıvana tranziti təmin etmək üçün deyil, həm də mahiyyət etibarilə Ermənistan və Azərbaycan dəmir yollarını birləşdirmək üçün nəzərdə tutulmuş Meğri marşrutunu işə salmağa yaxın idik.
Ermənistan hazırda “Tramp Yolu”na güvənərək məhz buna nail olmağa çalışır. Amma problem ondadır ki, Ermənistan-Amerika təşəbbüsü, “Meğri Marşrutu”ndan fərqli olaraq, avtomatik olaraq Ermənistan və Azərbaycan dəmir yolu infrastrukturunun tam birləşdirilməsini təmin etmir. İrəvanın 2023-cü ildə üçtərəfli işçi qrupunun işini qəsdən dondurması günahımız deyil”.(Referans Media )
















