• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.6° Weather Columbus
$
1.7
€
1.9986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İstənilən təxribat çox sərt şəkildə cavablandırılacaq – XƏBƏRDARLIQ

12 May, 26 / 16:16
A A

Dövlətimizin son bir neçə ildə əldə etdiyi uğurların arxasında gərgin iş, ağıllı siyasi gedişlər, güclü ordu formalaşdırmaq dayanmaqdadır ki, bu da özünü 44 günlük şanlı Vətən müharibəsi zamanı isbat etdi.

Cagdas.az   xəbər verir ki , bunu deputat Ceyhun Məmmədov Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan səfərləri zamanı səsləndirdiyi bəyanatlardan bəhs edərkən bildirib.

Milli Məclisin üzvü qeyd edib ki, hər zaman dövlətimizə ikili standartlarla yanaşan dövlətlər və təşkilatlar qələbəmiz qarşısında aciz qalmaqla yanaşı, bu qələbəni həzm edə bilmir, bu siyasətlərini davam etdirmək əzmindədirlər:

“Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra edərək torpaqlarını işğaldan azad edib. ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu barədə dəfələrlə Prezident İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bildirib. Bunu bütün dövlətlər və beynəlxalq qurumlar nəzərə almalıdırlar. Əgər Azərbaycan bu qurumun ümidinə qalsaydı, hələ də torpaqlarımız işğal altında idi, bu qurumun nümayəndələri isə hələ də heç bir nəticəsi olmayan turist səfərlərinə davam edirdilər. ATƏT-in Minsk qrupu davamlı olaraq Azərbaycana müharibənin hərbi yolla həllinin olmadığını vurğulayırdı. Eyni zamanda münaqişənin sülh yolu ilə həlli istiqamətində də heç bir ciddi addım atılmırdı. Ermənistan davamlı olaraq bu danışıqları pozur və onun davranışına heç bir reaksiya verilmirdi. Ötən dövrdə ATƏT-in Minsk qrupu keçmiş münaqişənin həlli istiqamətində heç bir addım atmadı. Daha çox Azərbaycanı təslimçiliyə hazırlamağa çalışdı. Bu, həmin dövrdə də açıq-aydın görünürdü. Azərbaycan 30 il vaxt itirdi. Bu zaman ərzində heç bir irəliləyiş əldə olunmadı”.

Ceyhun Məmmədov bildirib ki, bəzi dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu yenidən diriltmək cəhdləri utancvericidir:

“Bu qurumun “dirildilməsi” üçün ciddi cəhdlər edən dövlətlər nə üçün o zaman keçmiş münaqişənin həllində bu qədər canfəşanlıq etmirdilər? Yoxsa münaqişənin həlli, bölgəyə sülhün gəlməsi onların maraqları ilə uzlaşmırdı?”

Deputat xatırladıb ki, Azərbaycan ən qısa müddətdə bölgəyə sülhün gəlməsində və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır:

“Azərbaycan bu istiqamətdə səylə çalışır və ölkəmizi bu yoldan heç kim döndərə bilməz. Bölgəyə sülhün gəlməsində səmimi və maraqlı olan dövlətlər də əslində bu mövqedə olmalı idilər. Ancaq əksini gördük. Azərbaycanın yekun mövqeyi isə bundan ibarətdir: keçmiş münaqişənin həllinə heç bir töhfə verməyənlər heç olmasa bölgəyə sülhün gəlməsinə mane olmasınlar. Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü və həmin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı böyük Zəfərin və postmüharibə dövründə həyata keçirilən quruculuq siyasətinin növbəti mühüm təqdimatı oldu”.

Dövlət başçısının son mesajlarından bəhs edən Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin çıxışı təkcə Zəngilan sakinlərinə deyil, bütövlükdə Azərbaycan və beynəlxalq ictimaiyyətə ünvanlanmış çox ciddi siyasi mesajlarla zəngin idi:

“Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bölgədə sülh istəyən tərəf olduğunu bir daha nümayiş etdirdi: “Azərbaycan müharibəni bitirib və regionda davamlı sülhün tərəfdarıdır. Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan istəməsəydi, bölgədə sülhdən danışmaq mümkün olmazdı. Bu gün bəzi xarici dairələr, xüsusilə Fransa Prezidenti Emmanuel Makron populist bəyanatlarla Ermənistanı müdafiə etməyə çalışır. Halbuki 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə uğrayanda həmin dairələr heç nə edə bilmədilər. Bu gün sərhəddə yerləşdirilən dırnaqarası Avropa müşahidəçiləri də vəziyyəti sabitləşdirmək yox, əksinə, gərginliyi artırmaq məqsədi daşıyır. “Binokl diplomatiyası” qəbuledilməzdir! Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təxribat çox sərt şəkildə cavablandırılacaq”./Musavat.com

Bənzər Xəbərlər

Cəmiyyət

Natiq Məmmədli: Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır

May 12, 2026
Cəmiyyət

Yol təhlükəsizliyi ilə bağlı ciddi XƏBƏRDARLIQ

May 12, 2026
Cəmiyyət

20 günün əsgərinin ölümü ilə bağlı cinayət işi başlandı

May 12, 2026
Cəmiyyət

Bakıda yanan anbar məşhur şirkətin imiş

May 12, 2026
Cəmiyyət

“Metrodakı hadisəyə görə sərnişinlərdən üzr istəyirəm”

May 12, 2026
Cəmiyyət

Uşaq bağçasında görün nə tapıldı? – Ərazi nəzarətə alındı!

May 12, 2026

XƏBƏR LENTİ

Bakıda WUF13 tədbirlərində 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

12 May, 26 / 19:16

WUF13-ün “Media mərkəzi”ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər

12 May, 26 / 18:51

Natiq Məmmədli: Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır

12 May, 26 / 18:34

Rusiya nefti Pakistan üçün əsas alternativə çevrilir

12 May, 26 / 18:19

Tehrandan Vaşinqtona xəbərdarlıq: nüvə proqramı ilə bağlı gərginlik artır

12 May, 26 / 17:59

İsraildən Livana genişmiqyaslı zərbə: 45 Hizbullah hədəfi vuruldu

12 May, 26 / 17:45

Çin Xarici İşlər Nazirliyindən Vaşinqtona MÜHÜM ÇAĞRIŞ

12 May, 26 / 17:31

Türkiyə Hörmüz boğazı ilə bağlı mövqeyini açıqladı

12 May, 26 / 17:15

İran - ABŞ gərginliyi pik həddə: Qalibafdan Trampa sərt mesaj

12 May, 26 / 16:59

Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu

12 May, 26 / 16:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.