Bu axşam Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision 2026” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq.
Cagdas.az xəbər verir ki, müsabiqə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və İTV-nin efirində canlı yayımlanacaq.
Yarımfinalda Moldova, İsveç, Xorvatiya, Yunanıstan, Portuqaliya, Gürcüstan, Finlandiya, Monteneqro, Estoniya, İsrail, Belçika, Litva, San Marino, Polşa və Serbiya final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi JİVA 14 may tarixində keçiriləcək ikinci yarmfinalda səhnəyə çıxacaq. O, Azərbaycanı “Just Go” adlı mahnı ilə təmsil edəcək.
















