Bir çox insanın mətbəxində illərlə istifadə etdiyi köhnə şüşə qablar indi kolleksiya bazarında kiçik sərvət hesab olunur.
Cagdas.az Xüsusilə 1950-1980-ci illərdə istehsal edilən bəzi “Pyrex” markasının qabları antik əşya həvəskarları tərəfindən yüksək qiymətə alınır.
Məlumata görə, üzərində xüsusi naxışlar olan nadir modellərin qiyməti 1400 avroya qədər yüksəlir. “Pink Daisy”, “Butterprint” və “Colonial Mist” kimi seriyalar kolleksiyaçılar arasında ən çox axtarılan məhsullar sırasındadır.
Ekspertlər bildirirlər ki, bu qabların dəyər qazanmasının əsas səbəbi onların xüsusi “opalin” şüşə texnologiyası və mürəkkəb istehsal üsulu ilə hazırlanmasıdır. Bazarda daha adi vintaj modellər belə minlərlə manata satılır.
Ən nadir komplektlərdən biri olan “First Green Fern” seriyasının qiymətinin isə 10.500 dolları keçdiyi (təxminən 18 min manat) bildirilir. Mütəxəssislər evlərdə köhnə qab-qacaq saxlayan şəxslərə əşyaların modelini və istehsal tarixini yoxlamağı tövsiyə edirlər.Musavat.com

















