• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yeni binalarda yaşayanların DİQQƏTİNƏ – Komendant nəyi qadağan edə bilməz?

12 May, 26 / 21:53
A A

Çoxmərtəbəli bina evində yaşamaq sadəcə mənzil sahibi olmaq demək deyil, həm də müəyyən qaydalarla yaşamaqdır. Bəzi binalarda bu qaydalar sadəcə daxili təhlükəsizlik və nizam-intizam adı ilə izah olunur, digərlərində isə bina sakinləri onları sərt məhdudiyyət hesab edir.

Gec saatlarda qonaq qəbuluna qadağa, müəyyən saatlardan sonra mənzillərdə daxili təmir işlərinin məhdudlaşdırılması, yaxud giriş-çıxış saatlarının müəyyən edilməsi kimi tətbiqlər isə bir sualı aktuallaşdırır: Bina idarəçilərinin qoyduğu bu qaydalar həqiqətən qanunauyğun gəlirmi, yoxsa sadəcə daxili idarəetmə və nizam-intizam funksiyası daşıyır?

İlk olaraq, bina komendantı necə təyin olunmalıdır?

Cagdas.az  xəbər verir ki ,mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ramil Süleymanov qeyd edib ki, bina sakinləri bu vəzifəni özləri də icra edə bilərlər:

“Bina sakinləri tərəfindən binanı idarə edən şəxslər ümumi yığıncağın protokolu əsasında təyin edilməyibsə, həmin şəxslərin fəaliyyəti qanunvericilikdə nəzərdə tutulmayıb. Sakinlər özləri rahat şəkildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis etməklə həmin xidmətləri özləri də icra edə bilərlər.

Birinci növbədə MTK (Mənzil Tikinti Kooperativi) və ya binanı idarə edən şirkətlərlə sakinlər arasında xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmalıdır. Bu müqavilədə ödənilməli olan məbləğin ödənilməməsinə görə hər hansı xidmətlərdən istifadənin qadağan olunmasını nəzərdə tutan müddəalar varsa, o tətbiq oluna bilər. Ancaq elə müddəalar yoxdursa, komendatın hər hansı bir bu qəbildən olan qadağaları və məhdudiyyətləri tətbiq etməsi yolverilməzdir”.

Bəs, daxili nizamı qorumaq adı ilə binaya giriş saatının məhdudlaşdırılması və gec saatlarda qonaq qəbulunun qadağan edilməsinin qanuni əsası varmı?

R. Süleymanov hesab edir ki, bu müdaxilələr əsassızdır:

“Qətiyyən belə bir şey yol verilməzdir. Bu ümumi istifadədə olan binadır və sakinlərin ümumi istifadə etdiyi mülkiyyətdir. Nəticə etibarilə mənzilin toxunulmazlıq hüququ təsir altına düşür. Bu mənzildən məhdudiyyətsiz istifadəyə yönəlmiş müdaxilə kimi qiymətləndirilə bilər”.

Hüquqşünas son olaraq mənzildə daxili təmir işlərinə və səs-küy yaradılmasına müdaxilənin qanunla tənzimləndiyini xatırladıb:

“Bu məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən tənzimlənir. Mənzillərdə məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması, o cümlədən məişət səs-küyünü başqa üsullarla həyata keçirmək kimi qeyd olunur.

Eyni zamanda təmir işlərinin aparılması, təmirə görə səs-küyün salınması da bura daxildir və saat 00:00-dan 07:00-a qədər qadağan olunur. Buna görə fiziki şəxslər 150 manatdan 200 manata, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər məbləğdə inzibati qaydada cərimə oluna bilər”.(Referans Media )

Bənzər Xəbərlər

Cəmiyyət

“Bəzi magistr ixtisaslarında dövlət yerləri bu səbəbdən boş qalır” – Kritik açıqlama

May 12, 2026
Cəmiyyət

Azərbaycanda hərbi xidmətlə bağlı yenilik – Kimlərə şamil olunacaq?

May 12, 2026
Cəmiyyət

Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

May 12, 2026
Cəmiyyət

Əmək müqaviləsi ilə çalışanlarla bağlı MÜHÜM XƏBƏR

May 12, 2026
Cəmiyyət

Ardıcıl 5 gün iş olmayacaq

May 12, 2026
Cəmiyyət

Səhiyyə Nazirliyi təcili açıqlama YAYDI

May 12, 2026

XƏBƏR LENTİ

Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

12 May, 26 / 23:54

Üzüstə yatmaq xəstəlik yaradır – Həkimdən XƏBƏRDARLIQ

12 May, 26 / 23:26

Bu tarixlərdə doğulanlar “əli bərk” olur – RƏQƏMLƏR

12 May, 26 / 23:12

İran Hörmüz boğazında hərbi dəniz nəzarəti zonasını genişləndirdi

12 May, 26 / 23:00

“Bəzi magistr ixtisaslarında dövlət yerləri bu səbəbdən boş qalır” – Kritik açıqlama

12 May, 26 / 22:49

Serxio Ramos keçmiş komandası Sevilyanı alır! - Qiymət AÇIQLANDI

12 May, 26 / 22:34

“Üzüklərin hökmdarı” serialının 3-cü mövsümü olan “Güc üzükləri”nin yayım tarixi AÇIQLANDI

12 May, 26 / 22:21

Azərbaycanda hərbi xidmətlə bağlı yenilik – Kimlərə şamil olunacaq?

12 May, 26 / 22:07

Yeni binalarda yaşayanların DİQQƏTİNƏ – Komendant nəyi qadağan edə bilməz?

12 May, 26 / 21:53

Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

12 May, 26 / 21:39
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.