Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.
Cagdas.az xəbər veriri ki bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək.
Bununla əlaqədar saat 11:00-dan 15:00-dək Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivi, Xəqani və Lələtəpə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
***
Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Cagdas.az bildirir ki bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrinin, həmçinin Binə Sovxoz adlanan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.(ölkə.az)
















