• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.3° Weather Columbus
$
1.7
€
1.9949
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

TƏBİB-də dörd yeni təyinat – ADLAR + FOTO

13 May, 26 / 16:29
A A

Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.

Bu barədə Cagdas.az -a TƏBİB-dən bildirilib.


Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Xəyyam oğlu Rəhimov təyin olunub.

E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayıb.

2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının assistentidir.

2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiridir.

O, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.

E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.

***


Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Dinar İlqar qızı Qəhrəmanova təyin edilib.

D.Qəhrəmanova 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetində internaturanı tamamlayaraq, 2023-cü ildə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sertifikasiya imtahanından keçib.

2014-2024-cü illərdə Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsində həkim, 2014-cü ildən hazırkı təyinatına qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının assistenti, həmçinin 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

D.Qəhrəmanova ÜST-nin yerli və beynəlxalq seminar və təlimlərində iştirak edib. O, həmçinin Qatar, İspaniya və Sloveniyada keçirilən beynəlxalq konqres və seminarlarda iştirakçı olub.

***


Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə tibb elmləri doktoru, professor Fərəh Afad qızı Qaraqurbanlı təyin edilib.

F.Qaraqurbanlıya 1997-ci ildə Azərbaycan Respublikasında tibb elmləri namizədi alimlik dərəcəsi, 2004-cü ildə Rusiya Federasiyası Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru, 2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru alimlik dərəcəsi, 2024-cü ildə isə professor elmi adı verilib.

1991-1999-cu illərdə bir sıra dövlət tibb müəssisələrində həkim-mama-ginekoloq, 1999-2004-cü illərdə 5 nömrəli Kliniki Doğum Evinin Hamiləliyin patologiya şöbəsinin müdiri, 2004-2008-ci illərdə 5 nömrəli Kliniki Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.

2004-2010-cu illərdə Odlar Yurdu Universitetinin Tibb fakültəsinin müəllimi kimi əmək fəaliyyətinə davam edib.

2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və “Baku Medical Plaza”da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.

O, 109-dan çox elmi-tədqiqat işinə rəsmi opponentlik edib, 97 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın və 2 dərsliyin müəllifidir.

***


Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Mənsur qızı Əhmədova təyin olunub.

R.Əhmədova 1988-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 1994-1995-ci illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində internatura təhsili alıb, 2016-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

1997-1999-cu illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində həkim, 1999-2020-ci illərdə Serologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2020-ci ildən hazırkı təyinatına qədər Respublika Dəri-Zöhrəvi Mərkəzinin Laboratoriya şöbəsinin müdiri olub.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

DİQQƏT: Bu kolleclər universitetlərə çevrilə bilər

May 13, 2026
Cəmiyyət

Mayın 14-16-sı bağlı XƏBƏRDARLIQ EDİLDİ

May 13, 2026
Cəmiyyət

Sabahdan WUF13 akkreditasiya kartları veriləcək

May 13, 2026
Cəmiyyət

“28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq

May 13, 2026
Cəmiyyət

Xankəndinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

May 13, 2026
Cəmiyyət

ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı

May 13, 2026

XƏBƏR LENTİ

DİQQƏT: Bu kolleclər universitetlərə çevrilə bilər

13 May, 26 / 19:04

Mayın 14-16-sı bağlı XƏBƏRDARLIQ EDİLDİ

13 May, 26 / 18:50
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İran bu ölkəni “ikinci İsrail” adlandırıb

13 May, 26 / 18:45

Yüksəksəviyyəli nümayəndə heyətlərinin səfər qaydaları dəyişdirildi - FƏRMAN

13 May, 26 / 18:35

Sabahdan WUF13 akkreditasiya kartları veriləcək

13 May, 26 / 18:19

“28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq

13 May, 26 / 18:05

Xankəndinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

13 May, 26 / 17:28

GoTürkiye-dən yeni ekran layihəsi: “Cappadocia Fairytale”ni milyonlarla insan izlədi - VİDEO

13 May, 26 / 17:11

Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: “Bir Süfrədə Miras”

13 May, 26 / 17:04

Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirir - FOTO

13 May, 26 / 17:01
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.