• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9916
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?

14 May, 26 / 20:44
A A

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işinin bəzi təfərrüatları məlum olub.

Cagdas.az pravda.az-an istinadla xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs həyat yoldaşını qısqanclıq zəminində onu odlu silahla yaralayıb. Marqarita pizza

Vasif Kərimov 2025-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının qarajında arvadı F.Kərimova ilə aralarında baş verən mübahisə zamanı qəsdən öldürmək niyyəti ilə hərəkət edib.

Hadisə zamanı o, əvvəllər ovçuluq fəaliyyəti üçün saxladığı, rəsmi icazəli 12 kalibrli “Huğlu-Renova” markalı yivsiz odlu ov silahından istifadə edərək yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə zərərçəkmiş şəxs qarın boşluğundan ağır güllə yaraları alıb, daxili orqanların zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan həyati təhlükəli xəsarətlər baş verib.

İttihamda qeyd olunur ki, Vasif Kərimov əməlini davam etdirmək niyyətində olsa da, silahda patronların tükənməsi və arvadının vaxtında tibbi yardıma çatdırılması səbəbindən cinayət əməlini başa çatdıra bilməyib və bu səbəbdən əməl qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Materiallara əsasən, ailə münaqişəsi bir müddət əvvəl başlayıb. Mübahisələr davamlı xarakter alıb.

İttihama görə, hadisə günü tərəflər Xızı rayonuna gedərkən geri qayıtmaq məcburiyyətində qalıb və Yasamal rayonunda yerləşən qarajda mübahisə yenidən alovlanıb. Bu zaman qadın boşanma, ayrılıq və uşaqların himayəsi ilə bağlı məsələlər qaldırıb. Təqsirləndirilən şəxs isə həmin anda emosional vəziyyətini itirdiyini və silahı qorxutmaq məqsədilə götürdüyünü bildirib. Buna baxmayaraq, Vasif silahdan istifadə edərək zərərçəkmişə qarın nahiyəsindən atəş açıb.

Atəşdən sonra F.Kərimova yerə yıxılıb. Təqsirləndirilən şəxs daha sonra silahı kənara qoyaraq hadisə yerindən çıxıb və dərhal təcili tibbi yardım və polisə məlumat verdiyini deyib. Zərərçəkmiş xəstəxanaya çatdırılaraq xilas edilib.

Məhkəmə istintaqı zamanı Vasif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, ailə həyatında uzun müddət ciddi problem olmayıb, sonradan şübhələr yaranıb. Həmçinin o söyləyib ki, hadisə günü məqsədi öldürmək yox, qorxutmaq olub və əməlindən dərhal sonra peşman olaraq yardım çağırıb.

Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlə barışıq əldə olunduğunu, ailəsinin dağılmasını istəmədiyini və daha yüngül maddə ilə tövsif edilməsini xahiş edib.

Vasif Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

Xatırlatma: Vasif Kərimov Bakıda fəaliyyət göstərən “Referens” klinikasının Mərdəkan filialının direktoru olub.

Bənzər Xəbərlər

Cəmiyyət

Köhnə görünür, amma dəyəri sərvətdir — qiyməti 10 min dolları keçir

May 14, 2026
Cəmiyyət

Kredit borcu olanlara XƏBƏRDARLIQ

May 14, 2026
Cəmiyyət

Övladınızın cibində limon duzu varsa… – Valideynlərə XƏBƏRDARLIQ

May 14, 2026
Cəmiyyət

Azərbaycanda 90 nəfərə yeni həyat verildi – STATİSTİKA

May 14, 2026
Cəmiyyət

Miqrasiya Xidməti Azərbaycana səfər edən əcnəbilərə müraciət edi

May 14, 2026
Cəmiyyət

Bu təhsil proqramları yeniləndi

May 14, 2026

XƏBƏR LENTİ

Köhnə görünür, amma dəyəri sərvətdir — qiyməti 10 min dolları keçir

14 May, 26 / 22:59

Bu vitaminlə xərçəng arasında alaqə TAPILDI

14 May, 26 / 22:44

Kredit borcu olanlara XƏBƏRDARLIQ

14 May, 26 / 22:32

Övladınızın cibində limon duzu varsa… – Valideynlərə XƏBƏRDARLIQ

14 May, 26 / 22:19

Azərbaycanda 90 nəfərə yeni həyat verildi – STATİSTİKA

14 May, 26 / 22:13

Miqrasiya Xidməti Azərbaycana səfər edən əcnəbilərə müraciət edi

14 May, 26 / 21:58

Bu təhsil proqramları yeniləndi

14 May, 26 / 21:41

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

14 May, 26 / 21:27

14 ildən sonra daha bir rekord – Azərbaycanı gözləyən risk

14 May, 26 / 21:14

Tramp öldürüləcəyi halda Vensə gizli məktub qoyub

14 May, 26 / 21:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.