“Tayvan məsələsinin nizamlanmasına səhv yanaşma Çin və ABŞ arasında birbaşa toqquşmaya səbəb ola bilər”.
Cagdas.az Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Çin Sədri Si Cinpin bunu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı bildirib.
“Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunsa, iki ölkə arasındakı münasibətlər sabitliyi qoruya biləcək. Əks halda, iki ölkə toqquşacaq və hətta münaqişəyə girəcək”, – Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.
Çin Sədri həmçinin qeyd edib ki, adanın müstəqilliyinə can atmaq regionda sülh və sabitliyin qorunması ilə uyğun gəlmir.(Referans Media)
















