Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Cagdas.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib./Trend.Az
















