• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
5.4° Weather Columbus
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Maşını adına keçirmək istəyənlərin diqqətinə: Niyə hələ də notarius və DYP tələb olunur?

15 May, 26 / 10:06
A A

Son illərdə Azərbaycanda bir çox xidmətlərin rəqəmsallaşdırılması və elektron hökumət sisteminin genişlənməsi vətəndaşların gündəlik işlərini xeyli asanlaşdırıb.

Artıq bir sıra sənədlərin alınması, cərimələrin ödənilməsi, arayışların əldə olunması və digər prosedurlar onlayn şəkildə həyata keçirilir.

Bu fonda avtomobilin bir şəxsin adından digərinin adına keçirilməsi prosesinin hələ də tam elektron formada mümkün olmaması müzakirə mövzusu olaraq qalır.

Vətəndaşlar hesab edir ki, müasir texnologiyalar dövründə bu xidmətin də onlayn sistemə inteqrasiyası həm vaxt itkisini, həm də əlavə prosedurları minimuma endirə bilər.

Azərbaycanda avtomobilin addan-ada keçirilməsi, yəni özgəninkiləşdirilməsi hazırda rəsmi şəkildə notarius və DYP qeydiyyat məntəqələri vasitəsilə həyata keçirilir.

2026-cı il üzrə bu proses üçün müəyyən dövlət rüsumları və xidmət haqları tətbiq olunur. İlk mərhələ notariat prosedurudur. Avtomobilin alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün dövlət rüsumu 35 manat təşkil edir.

Bundan əlavə, 5 manat 25 qəpik xidmət haqqı ödənilir. Bu prosedur “ASAN xidmət” mərkəzlərində və ya digər notariat kontorlarında həyata keçirilə bilər.

Növbəti mərhələ isə avtomobilin yeni sahibin adına rəsmiləşdirilməsi üçün DYP qeydiyyat prosesidir.
Bu zaman qeydiyyat şəhadətnaməsi, yəni texniki pasport üçün 25 manat dövlət rüsumu ödənilir.
Əgər dövlət nömrə nişanının dəyişdirilməsinə ehtiyac yaranarsa, əlavə olaraq 22 manat da nömrə nişanı üçün ödənilməlidir.

Beləliklə, nömrə dəyişdirilmədən avtomobilin addan-ada keçirilməsi üçün minimal xərclər orta hesabla 60-70 manat civarında dəyişir. Nömrə dəyişdirildiyi halda isə ümumi məbləğ daha yüksək olur.

Proses zamanı tələb olunan əsas sənədlər isə bunlardır:
* Satıcı və alıcının şəxsiyyət vəsiqəsi
* Avtomobilin qeydiyyat şəhadətnaməsi (texniki pasport)
* Etibarnamə (əgər satış avtomobil sahibinin özü tərəfindən həyata keçirilmirsə)

Mütəxəssislər avtomobil alış-verişi zamanı baş etibarnamə üsulundan deyil, rəsmi addan-ada keçirmə prosedurundan istifadə etməyi daha təhlükəsiz hesab edirlər.

Bu həm gələcək hüquqi problemlərin qarşısını alır, həm də avtomobilin tam şəkildə yeni sahibin adına rəsmiləşdirilməsini təmin edir.

Maraqlıdır, bu gün bir çox xidmətlər onlayn olduğu dövrdə avtomobilin addan-ada keçməsi prosesi niyə onlayn formada həyata keçirilmir?

Cagdas.az xəbər verir ki, Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, sürücülük vəsiqəsi xüsusi texniki yoxlama tələb etməyən sənəd olduğu üçün onun onlayn qaydada verilməsi mümkündür:

“Avtomobil isə fiziki nəqliyyat vasitəsi olduğundan onun bir sıra texniki göstəricilərinin yoxlanılması vacibdir. Buraya avtomobilin Ban kodu və ya VIN (“Nəqliyyat Vasitəsinin İdentifikasiya Nömrəsi” deməkdir) nömrəsi, eləcə də “kuza” (yük yeri tutacağı) nömrəsi və digər identifikasiya məlumatları daxildir. Bu səbəbdən avtomobilin əyani şəkildə qeydiyyat məntəqəsinə təqdim olunması və fiziki baxışdan keçirilməsi tələb olunur”.

Eldəniz Cəfərov qeyd edib ki, məhz bu amillərə görə avtomobilin addan-ada keçirilməsi prosesində fiziki müraciət və texniki baxış mərhələsi hazırda zəruri hesab edilir.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK – RƏSMİ

May 15, 2026
Cəmiyyət

Naxçıvanla bağlı ŞOK: Talıbovdan sonra nə baş verib?

May 15, 2026
Cəmiyyət

Azərbaycanda küçə ticarəti ilə bağlı yeni QƏRAR

May 15, 2026
Cəmiyyət

Mənzil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR – Şərtlər sadələşdirilə bilər

May 15, 2026
Cəmiyyət

DİM bu tarixdə imtahan keçirəcək

May 15, 2026
Cəmiyyət

Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə müavinət artırıla bilər

May 15, 2026

XƏBƏR LENTİ

Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK – RƏSMİ

15 May, 26 / 13:24

Naxçıvanla bağlı ŞOK: Talıbovdan sonra nə baş verib?

15 May, 26 / 13:11

Azərbaycanda küçə ticarəti ilə bağlı yeni QƏRAR

15 May, 26 / 12:58

Mənzil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR – Şərtlər sadələşdirilə bilər

15 May, 26 / 12:44

DİM bu tarixdə imtahan keçirəcək

15 May, 26 / 12:29

Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə müavinət artırıla bilər

15 May, 26 / 12:14

Bakı metropoliteninin iş rejimi DƏYİŞDİRİLƏCƏK

15 May, 26 / 11:59

Qızıl və gümüş ucuzlaşdı

15 May, 26 / 11:45

Əməkhaqqı ilə bağlı YENİLİK – Bu qaydada hesablanacaq

15 May, 26 / 11:31

Bu şəxslər aylıq 1000 manat mükafat alacaq

15 May, 26 / 11:17
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.