• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Xəzərdə nələr baş verir? – Rəsmi açıqlama gündəmi qarışdırdı

15 May, 26 / 21:08
A A

Rusiya Elmlər Akademiyasının məlumatına görə, son vaxtlar Xəzər dənizinin səviyyəsi enir və yeni adalar yaranır. Araşdırmalar nəticəsində həm mövcud, həm də yeni formalaşan adalarda sahil xəttinin genişləndiyi müəyyən edilib.
Bəs Xəzəri gözləyən ən pis ssenari nədir?
Cagdas.az  xəbər verir ki ,Globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov bildirib ki, Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi 1995-ci ildən bu günə qədər fasiləsiz davam edir:

“Xırda istisnalar nəzərə alınmasa, dənizin səviyyəsi 1995-ci illə müqayisədə təxminən 4 metr azalıb. Səviyyə -25,5 metrdən -29 metri keçib. Hazırda da azalmanın davam edəcəyi gözlənilir. Elmi proqnozlara əsasən, iqlim dəyişikliklərinin təsiri nəticəsində Xəzərə tökülən çayların suyu azalır, eyni zamanda dənizin səthindən buxarlanma artır. Bu proseslərin fonunda yeni adalar yaranır, mövcud adaların isə sahəsi genişlənir. Bir çox ərazilərdə iri quru sahələrinin meydana çıxması biomüxtəlifliyə, dənizin ekologiyasına və sahildə yaşayan insanların gündəlik həyatına ciddi təhlükə yaradır”.

R.Abbasov qeyd edib ki, son dövrlərdə güclü yağışlar nəticəsində Xəzərin səviyyəsində 1-2 santimetrlik cüzi artım olub:

“Əgər bu cür yağıntılar yaxın 5-10 il ərzində davam edərsə, Xəzərə daxil olan suyun həcmi arta və nəticədə dənizin səviyyəsində müəyyən yüksəliş baş verə bilər. Hazırkı vəziyyətdə Xəzər dənizinin səviyyəsinin azalması Azərbaycanda müxtəlif tədbirlərinin həyata keçirilməsini zəruri edir. Ən vacib məsələlərdən biri sahil icmalarının həyat tərzini yeni reallığa uyğunlaşdırmasıdır. Əvvəllər insanların gəliri balıqçılıq və Xəzərlə bağlı digər fəaliyyətlərdən formalaşırdısa, indi həmin imkanlar xeyli məhdudlaşıb. Bir çox turizm obyektləri artıq dənizdən uzaqda qalıb və əvvəlki kimi fəaliyyət göstərə bilmir. Buna görə də uyğunlaşma tədbirlərinin görülməsi vacibdir.

İlk növbədə Xəzərin geri çəkilən ərazilərində yaşıllıqların salınmalı və sahilyanı zonalar yeni təyinat üzrə planlaşdırılmalıdır. Ancaq sahil xəttinin geri çəkilməsi yeni ərazilərdə tikinti aparılması anlamına gəlməməlidir. Bu, çox təhlükəli ola bilər. Əksinə, gələcəkdə Xəzərin səviyyəsinin yenidən dəyişə biləcəyini nəzərə almaq lazımdır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Sevgisizlik ürək xəstəlikləri yaradır – Kardioloq

May 15, 2026
Cəmiyyət

Xərçəng riskini artıran məhsullar açıqlandı

May 15, 2026
Cəmiyyət

Övladlarının qəyyumluğu ona verilən ana “narkomandır”? – Çarəsiz ata FƏRYAD ETDİ

May 15, 2026
Cəmiyyət

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Qıtlıq gəlir, tədarük görün

May 15, 2026
Cəmiyyət

“WhatsApp”da böyük YENİLİK

May 15, 2026
Cəmiyyət

Evinizdəki bu avadanlıqları elektrikdən dərhal ayırın: İşıqpulu yarıbayarı azalır

May 15, 2026

XƏBƏR LENTİ

Evdə varsa atmayın, yüksək qiymətə alınır

15 May, 26 / 23:41

Sevgisizlik ürək xəstəlikləri yaradır – Kardioloq

15 May, 26 / 23:27

Bu tarixlərdə doğulanlar “küsəyən” olurlar – MARAQLI

15 May, 26 / 23:16

Türkiyə ayaqda: Galatasaray çempionluğu belə qeyd edir - CANLI

15 May, 26 / 23:11

Problemləri geridə qoyacaq bürclər

15 May, 26 / 23:00

Xərçəng riskini artıran məhsullar açıqlandı

15 May, 26 / 22:47

Övladlarının qəyyumluğu ona verilən ana “narkomandır”? – Çarəsiz ata FƏRYAD ETDİ

15 May, 26 / 22:39

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Qıtlıq gəlir, tədarük görün

15 May, 26 / 22:33

Alimləri DƏHŞƏTƏ GƏTİRƏN KƏŞF- Dənizin dibində CƏHƏNNƏM

15 May, 26 / 22:20

“WhatsApp”da böyük YENİLİK

15 May, 26 / 22:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.