• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.1° Weather Columbus
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kişilərə olar, qadınlara yox – Azərbaycanda mübahisəli qanun

16 May, 26 / 11:30
A A

Naxçıvanda 75 yaşlı qadının amansız şəkildə qətlə yetirilməsi ilə bağlı verilən hökm hələ də müzakirə edilir. Belə ki, məhkəmənin Firuzə İsmayılovaya 15 il, Aypara Əsgərovaya isə 14 il 6 ay həbs cəzası verməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi törədilən cinayətin ağırlığını əsas gətirərək təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verilməsini tələb edib.

Azərbaycanda qadınlara ömürlük həbs cəzası verilirmi?

Cagdas.az Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, qanunvericiliyə görə, qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası verilmir:

“Cinayət Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmayan şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir. Bu o demək deyil ki, qadın ağır cinayət törədərsə, cəzasız qalır. Sadəcə ömürlük həbs əvəzinə çox uzunmüddətli, məsələn, 15, 20 və ya 25 il həbs cəzası tətbiq olunur. Ağırlaşdırıcı hallardan asılı olaraq məhkəmə maksimum müddətli cəza təyin edə bilər”.

elovset 900x576 1

Əlövsət Allahverdiyev

Hüquqşünas bildirib ki, bu yanaşmanın əsaslandırılması daha çox “humanizm prinsipi” ilə izah olunur:

“Sovet hüquq sistemindən gələn ənənədə qadınlar, yetkinlik yaşına çatmayanlar və yaşlı şəxslər üçün müəyyən yumşaldıcı yanaşmalar saxlanılıb. Qadınlara ömürlük həbs cəzasının tətbiq olunmamasının ağır cinayətlərin artımına təsiri hüquqi və kriminoloji baxımdan müzakirə olunan məsələlərdən biridir. Praktikada ağır cinayət törədən insanların böyük hissəsi cinayət anında cəzanın neçə il olacağını rasional şəkildə hesablamır. Araşdırmalarda da təkcə cəzanın sərtləşdirilməsinin cinayətləri avtomatik azaltmadığı göstərilir. Əsas amillər cinayətin açılması ehtimalı, sosial mühit, psixoloji vəziyyət və hüquq-mühafizə sisteminin effektivliyidir”.

Qeyd edək ki, ABŞ, Rusiya, Türkiyə, Almaniya, Fransa və İran kimi bir çox ölkədə qadınlara da ömürlük həbs cəzası verilir, Azərbaycanda isə bu cəza qadınlara şamil olunmur və mübahisəli məsələ olaraq qalır.

Bənzər Xəbərlər

Cəmiyyət

İki rayonda torpaq BAHALAŞDI – VİDEO

May 16, 2026
Cəmiyyət

Bu yolda uçqun oldu

May 16, 2026
Cəmiyyət

Sevgisizlik ürək xəstəlikləri yaradır – Kardioloq

May 15, 2026
Cəmiyyət

Xərçəng riskini artıran məhsullar açıqlandı

May 15, 2026
Cəmiyyət

Övladlarının qəyyumluğu ona verilən ana “narkomandır”? – Çarəsiz ata FƏRYAD ETDİ

May 15, 2026
Cəmiyyət

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Qıtlıq gəlir, tədarük görün

May 15, 2026

XƏBƏR LENTİ

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

16 May, 26 / 12:22

16 May, 26 / 12:10

Fizikada yeni perspektiv: “Blok Kainat” modeli zaman anlayışını sarsıdır

16 May, 26 / 11:49

Kişilərə olar, qadınlara yox – Azərbaycanda mübahisəli qanun

16 May, 26 / 11:30

İki rayonda torpaq BAHALAŞDI – VİDEO

16 May, 26 / 11:09

Əməyinin bəhrəsini alacaq bürclər

16 May, 26 / 10:50

Bazarda ARTIM – Neft kəskin bahalaşdı

16 May, 26 / 10:31

Qazın qiyməti ARTDI

16 May, 26 / 10:13

Bu yolda uçqun oldu

16 May, 26 / 9:55

Gündəlik bir ovuc möcüzə – Qozun bilinməyən faydaları

16 May, 26 / 2:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.