• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.4° Weather Columbus
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hadisə

Britaniya “Lotu Quli”nin qardaşına sanksiya tətbiq etdi

16 May, 26 / 13:00
A A

Böyük Britaniya hökuməti mərhum kriminal avtoritet Nadir Səlifovun qardaşı Namiq Səlifova sanksiya tətbiq edib. Rəsmi London onun İranla əlaqəli “düşmən fəaliyyəti”ndə iştirak etdiyini iddia edir.

Çağdaş.Az xəbər verir ki, sanksiyalar 11 may tarixində Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper tərəfindən elan olunub.

Britaniya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, yeni sanksiyalar “Birləşmiş Krallığın və beynəlxalq təhlükəsizliyin əleyhinə yönəlmiş fəaliyyətlərdə iştirak edən şəxsləri və strukturları” hədəfə alır.

Rəsmi sənədlərdə qeyd olunur ki, Tehran Avropa və ABŞ-də müxtəlif təhdid əməliyyatları üçün kriminal qruplaşmalardan və maliyyə şəbəkələrindən istifadə edir. Britaniya hökuməti məhz bu fəaliyyətlərə görə 9 nəfərə və 3 quruma qarşı aktivlərin dondurulması və ölkəyə giriş qadağası tətbiq edib.

Sanksiya siyahısına daxil edilən şəxslər arasında Azərbaycan vətəndaşı olan Namiq Səlifov da var. Britaniya tərəfi onu “İran adından hücumların planlaşdırılması və ya təşkili ilə əlaqəli fəaliyyətlərdə” iştirak edən şəxslər sırasında göstərib.

Xarici işlər naziri Yvette Cooper açıqlamasında bildirib:“İran rejiminin dəstəklədiyi kriminal proksilər Britaniya və Avropanın təhlükəsizliyini təhdid edirsə, buna dözümlü yanaşılmayacaq”.

Beynəlxalq araşdırma platforması OCCRP yazır ki, Britaniyanın sanksiya tətbiq etdiyi şəxsin məhz “Lotu Quli”nin qardaşı olan Namiq Səlifov olduğu sonradan əlavə identifikasiya məlumatları ilə dəqiqləşdirilib. Araşdırmada diqqət çəkən daha bir detal isə budur ki, ABŞ-da ötən il İran adından həyata keçirildiyi iddia olunan sifarişli qətl planı üzrə mühakimə olunan şəxslərin Namiq Səlifovun çevrəsi ilə əlaqəli olduğu göstərilir.

Böyük Britaniya İranla bağlı siyasətini davamlı olaraq sərtləşdirir. London son aylarda İranın maliyyə, enerji və təhlükəsizlik strukturlarına qarşı sanksiyaları genişləndirib.

Britaniya hökuməti iddia edir ki, İran Avropada dissidentlərə qarşı təzyiqlər, sui-qəsd planları və qeyri-rəsmi kriminal şəbəkələrdən istifadə praktikasını genişləndirir. Rəsmi Tehran isə bu ittihamları dəfələrlə rədd edib./Musavat.com/

Bənzər Xəbərlər

Hadisə

Lökbatandakı güclü yanğından YENİ GÖRÜNTÜLƏR - Helikopter cəlb olundu / CANLI YAYIM

May 12, 2026
Hadisə

Bakıda güclü yanğın: Kəmaləddin Heydərov hadisə yerində - VİDEO

May 12, 2026
Hadisə

Bakıda güclü yanğın: helikopterlər HAVAYA QALDIRILDI - VİDEO

May 12, 2026
Hadisə

Bugünkü qəzada ölən hərbçilərin FOTOSU

May 10, 2026
Hadisə

Azərbaycana narkotik gətirən əsas adam tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Aprel 21, 2026
Hadisə

Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

Aprel 21, 2026

XƏBƏR LENTİ

BMT iclasında Azərbaycanın mövqeyi bəyan edildi

16 May, 26 / 13:38

SON DƏQİQƏ: Maskalılar Köçəryanın ofisinə basqın etdi - HƏBS OLUNACAQ...

16 May, 26 / 13:19

Britaniya “Lotu Quli”nin qardaşına sanksiya tətbiq etdi

16 May, 26 / 13:00

Trampdan müəmmalı İran açıqlaması: Mən düzgün qərarı verəcəyəm

16 May, 26 / 12:41

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

16 May, 26 / 12:22

Fizikada yeni perspektiv: “Blok Kainat” modeli zaman anlayışını sarsıdır

16 May, 26 / 11:49

Kişilərə olar, qadınlara yox – Azərbaycanda mübahisəli qanun

16 May, 26 / 11:30

İki rayonda torpaq BAHALAŞDI – VİDEO

16 May, 26 / 11:09

Əməyinin bəhrəsini alacaq bürclər

16 May, 26 / 10:50

Bazarda ARTIM – Neft kəskin bahalaşdı

16 May, 26 / 10:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.