Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

SENSASİYA! Xərçəngin başlanğıc nöqtəsi kəşf edildi

Maraqlı

Çex alimləri insan orqanizmində xərçəngə səbəb olan nəzarətsiz hüceyrə artımının başladığı kritik anı müəyyən etdiklərini açıqlayıblar.
Cagdas.az xəbər verir ki, araşdırma CEITEC və Masarik Universitinin alimləri tərəfindən aparılıb.

Tədqiqatın nəticələri nüfuzlu Science Advances jurnalında dərc olunub. Araşdırmaya Fransada çalışan çex tədqiqatçı Miroslav Micka rəhbərlik edib.

Alimlər bildiriblər ki, hüceyrələrin fəaliyyəti “Wnt siqnal sistemi” adlanan mexanizm vasitəsilə idarə olunur. Bu sistem pozulduqda hüceyrələr nəzarətsiz şəkildə bölünməyə başlayır və nəticədə şişlər yaranır.

Araşdırma zamanı müəyyən edilib ki, “Dishevelled” (DVL) adlı zülal müəyyən həddi keçdikdən sonra qəfil struktur dəyişikliyinə uğrayır və bu, hüceyrəyə bölünmə siqnalı verir. Məhz bu an xərçəng prosesinin başlanğıcı üçün “kritik dönüş nöqtəsi” hesab olunur.

Tədqiqatçılar qeyd ediblər ki, bu mexanizmin daha dərindən öyrənilməsi gələcəkdə şişlərin yaranmasının ilkin mərhələdə dayandırılmasına və yeni müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

Alimlərin fikrincə, hüceyrələrin siqnallara tədricən deyil, “açıq-sönük” prinsipi ilə reaksiya verməsi xərçəngin necə inkişaf etdiyinə dair təsəvvürləri dəyişə bilər./Bizim.Media