Azərbaycan Belarusdan 9,92 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 dəfə artıb) 11 min 823 ton (+6 dəfə), Rusiyadan 9,91 milyon ABŞ dolları dəyərində (-49 %) 11 min 396 ton (-50 %), Birləşmiş Ərəb Əmirliklərindən 7,6 milyon ABŞ dolları dəyərində 9 min ton (1 il əvvəl tədarük olmayıb), Yunanıstandan 5,38 milyon ABŞ dolları dəyərində 6 min 33 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstandan 2,87 milyon ABŞ dolları dəyərində 3 min 290 ton benzin alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 3,86 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 5 min 517 ton (+8 dəfə) “Premium” markalı benzin ixrac edilib.
Azərbaycan Gürcüstana 2,69 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 3 min 773 ton (+6 dəfə) və Ermənistana 1,16 milyon ABŞ dolları dəyərində 1 min 743 ton benzin satıb.(musavat.com)


