• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Alena Əliyeva olimpiadanın final mərhələsini izlədi - Fotolar

21 May, 26 / 19:22
A A

Mayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib.

Çağdaş.Az xəbər verir ki, Alena Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Final mərhələsi bilik yarışı və şahmat turniri olmaqla, komanda formatında təşkil edilib.

Rəsmi açılış mərasimində çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib ki, olimpiadanın əsas məqsədi gənc nəsildə strateji düşüncə, düzgün qərarvermə və liderlik bacarıqlarını inkişaf etdirməkdir.

O diqqətə çatdırıb ki, final mərhələsinə ölkənin müxtəlif regionlarını təmsil edən şagirdlər qatılıb.

Yarış sağlam rəqabət mühiti formalaşdırmaqla yanaşı, bilik və zəka üzərində qurulmuş mühüm platforma rolunu oynayır. F.Qarayev əlavə edib ki, layihə milli-mənəvi dəyərlərin təşviqinə və azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə də xidmət edir.

Daha sonra yarışlara start verilib.

Final mərhələsində bilik yarışı istiqaməti üzrə Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai və Nərimanov rayonları, həmçinin Gəncə, Naxçıvan, Mingəçevir və Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan və Neftçala rayonlarının komandaları iştirak ediblər.

Şahmat turnirində isə Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail və Yasamal rayonları ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt və Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala və Tovuz rayonlarının komandaları mübarizə aparıblar.

Bilik yarışı üzrə final mərhələsində 18 komanda, ümumilikdə 108 şagird iştirak edib. Məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.

Şahmat turnirində isə hər biri 4 nəfərdən ibarət 18 komandanın tərkibində ümumilikdə 72 şagird iştirak edib.

Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qalibləri təbrik edərək bildirib ki, intellektual yarışlar gənclərin formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə, bu cür müsabiqələr şagirdlərin dünyagörüşünün, yaradıcı düşüncə qabiliyyətinin və komanda ilə işləmək bacarıqlarının inkişafına böyük töhfə verir.

Nazir müavini qeyd edib ki, 2030-cu ilədək inkişaf strategiyasında əsas prioritetlərdən biri insan kapitalının və innovativ cəmiyyətin formalaşdırılmasıdır. Bu isə yaradıcı və təşəbbüskar gənclərin yetişdirilməsini tələb edir. O vurğulayıb ki, belə yarışlar gənclərin potensialının üzə çıxarılması və gələcək uğurlarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

F.Qurbanov deyib ki, olimpiadada 5 mindən çox şagird iştirak edib. O, qaliblərin yüksək bilik və bacarıq nümayiş etdirdiyini vurğulayaraq bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Alena Əliyeva bildirib: “Çox şadam ki, artıq iki ildir bu olimpiada həyata keçirilir. Dəstək üçün Heydər Əliyev Fonduna və Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm.

Təhsil uğura gedən yoldur. Əziz şagirdlər, bu, sizin uğurunuzdur. Olimpiadanın bütün iştirakçılarını təbrik edirəm. İnanıram ki, gələcəkdə bu yolu birlikdə davam edəcəyik”.
Daha sonra olimpiadanın nəticələrinə əsasən qalib komandalar müəyyənləşdirilib, hər iki kateqoriya üzrə qızıl, gümüş və bürünc medallar sahiblərinə təqdim olunub.

“Zəkaların mübarizəsi II” olimpiadasında I yerə layiq görülən Abşeron rayon komandasının kapitanı Ayxan Abbaszadə qalibiyyətin onun üçün böyük əhəmiyyət daşıdığını deyib. O qeyd edib ki, əldə olunan uğurun arxasında böyük zəhmət, əziyyət və komanda dəstəyi dayanır.

Kapitan hazırlıq prosesindən danışaraq vurğulayıb ki, komandanın əsas motivasiyası ötən ilin nəticələri olub.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələr üzrə bilik və bacarıqları ilə seçilən istedadlı gəncləri aşkara çıxarmaq, şagirdlərdə əməkdaşlıq, səmərəli ünsiyyət, liderlik, müzakirə mədəniyyəti, qərarvermə, komanda ilə işləmək, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, həmçinin sağlam rəqabət mühiti yaratmaq və regionlararası ünsiyyəti genişləndirməkdir.

Bənzər Xəbərlər

Cəmiyyət

İndiyədək qanunsuz tikilən evlər söküləcək?

May 21, 2026
Cəmiyyət

Bakıda yeni YOL ÇƏKİLİR

May 21, 2026
Cəmiyyət

“Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK

May 21, 2026
Cəmiyyət

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

May 21, 2026
Cəmiyyət

Prezidentin xüsusi nümayəndəsi: Şuşa ilə bağlı yeni standartlar hazırlanıb

May 21, 2026
Cəmiyyət

Bakı metrosunda 10 yeni stansiya: sıxlıq azalacaq

May 21, 2026

XƏBƏR LENTİ

SON DƏQİQƏ! Bakı–Tbilisi qatarlarında bütün siniflər üzrə gedişhaqqı açıqlandı

21 May, 26 / 21:36

"iPhone" istifadəçilərinə xəbərdarlıq: Cihazlar bloklanır, pul tələb olunur

21 May, 26 / 21:01

TƏCİLİ: Putin ƏMR VERDİ – Rus ordusu Xəzər dənizinə ZƏRBƏ ENDİRƏCƏK

21 May, 26 / 20:21

Onlara hər ay 100 manat veriləcək – QƏRAR

21 May, 26 / 19:53

Alena Əliyeva olimpiadanın final mərhələsini izlədi - Fotolar

21 May, 26 / 19:22

Əli Əsədov iki qərar imzaladı

21 May, 26 / 18:58

Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ

21 May, 26 / 18:41

Bu 7 ölkə HƏR KƏSƏ qapılarını açdı - Üstəlik, PUL DA VERİRLƏR

21 May, 26 / 18:23

İndiyədək qanunsuz tikilən evlər söküləcək?

21 May, 26 / 18:09

Bakıda yeni YOL ÇƏKİLİR

21 May, 26 / 17:55
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.