• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.1° Weather Columbus
$
1.7
€
1.9792
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu şəxslərə işdən tez çıxmağa İCAZƏ VERİLİR – RƏSMİ

25 May, 26 / 13:02
A A

Əmək qanunvericiliyində bir sıra kateqoriyalara aid işçilər üçün qısaldılmış iş vaxtı və natamam iş vaxtının tətbiqi nəzərdə tutulur. Hər iki halda işçinin gündəlik və ya həftəlik iş müddəti azaldılır. Lakin bu iş rejimlərinin tətbiq əsasları fərqlidir.

Cagdas.az xəbər veriri ki bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki. qısaldılmış iş vaxtı daha çox işçinin yaşı, səhhəti, əmək şəraiti və gördüyü işin xarakteri ilə bağlı müəyyən edilir.

Məsələn, 16 yaşınadək işçilər üçün həftəlik iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, eləcə də 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə 36 saatdan artıq olmamalıdır.

Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün də həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı tətbiq edilir. Bu, fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli olan digər istehsalat amillərinin mövcud olduğu iş yerlərinə aiddir.

Bundan başqa, yüksək həssaslıq, zehni, fiziki və əsəb gərginliyi tələb edən, insanın səhhətinə mənfi təsir göstərə bilən xüsusi xarakterli işlərdə çalışan şəxslər üçün də qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bu kateqoriyaya həkimlər, müəllimlər, elektrotexniki qurğularda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində çalışan şəxslər daxildir.

Natamam iş vaxtı isə başqa qaydada tətbiq olunur. Bu iş rejimi əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri dövründə işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir.

Natamam iş vaxtı natamam iş günü və ya natamam iş həftəsi formasında ola bilər. Onun müddəti və hansı dövr üçün tətbiq olunacağı tərəflərin razılığı ilə müəyyən edilir.

Bəzi hallarda isə işəgötürən işçinin müraciəti əsasında natamam iş vaxtı müəyyən etməlidir. Bu, işçinin səhhəti, hamiləlik, əlillik vəziyyəti, xroniki xəstəliyi olan uşağa və ya ailə üzvünə qulluq zərurəti ilə bağlı ola bilər. Həmçinin 14 yaşına çatmamış və ya əlilliyi olan uşağa sahib qadınların ərizəsi əsasında natamam iş vaxtı müəyyən edilməlidir.

Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtı arasında əsas fərq ondan ibarətdir ki, qısaldılmış iş vaxtı qanunvericilikdə xüsusi qorunan işçi kateqoriyaları və zərərli və ya xüsusi xarakterli işlər üçün nəzərdə tutulur. Natamam iş vaxtı isə əsasən tərəflərin razılığı ilə tətbiq edilir və işçinin şəxsi, ailə və ya sağlamlıq vəziyyəti ilə bağlı ehtiyaclarından irəli gələ bilər.

Hər iki halda işçinin əmək hüquqları qorunur. Natamam iş vaxtında çalışan işçilərin əmək hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Bayram günlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək

May 25, 2026
Cəmiyyət

“Elə etməliyik ki, şəhərlərdən kəndlərə qayıdış başlasın” – Prezident tapşırıq verdi

May 25, 2026
Cəmiyyət

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

May 25, 2026
Cəmiyyət

Prezident: Soyuducu anbarların tutumu 500 min ton olmalıdır

May 25, 2026
Cəmiyyət

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir

May 25, 2026
Cəmiyyət

99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

May 25, 2026

XƏBƏR LENTİ

Bayram günlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək

25 May, 26 / 19:15

“Elə etməliyik ki, şəhərlərdən kəndlərə qayıdış başlasın” – Prezident tapşırıq verdi

25 May, 26 / 19:00

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

25 May, 26 / 18:46

Prezident: Soyuducu anbarların tutumu 500 min ton olmalıdır

25 May, 26 / 18:32

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir

25 May, 26 / 18:17

99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

25 May, 26 / 18:04

Kuba prezidenti İlham Əliyevi təbrik etdi

25 May, 26 / 17:51

Buraxılış imtahanının nəticələri bu tarixdə elan ediləcək

25 May, 26 / 17:38

3 ünvanda minib-düşmə yeri yaradıldı

25 May, 26 / 17:24

“Eurohome”un fəaliyyəti dayandırıldı – Video

25 May, 26 / 17:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.