Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Qurbanlıq heyvanlar BAHALAŞDI – 300 manatdan…

Cəmiyyət

Ölkə üzrə qurbanlıq heyvanların qiymətində artım müşahidə olunur. Hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdır. 

Qiymətlər keçən illə müqayisə necə dəyişir? 

Cagdas.az  xəbər verir ki, satıcılar qiymətin bahalaşması yemin qiyməti ilə əlaqələndirirlər:

“35 kiloya kimi heyvanlar kilosu 10 manatdan, 35 kilodan yuxarı olanlar 10 manata, 40-45 kilolar isə 9.50 manatdan hesablanır. Artıq behlər verilib, qurbanlıqlar müəyyən olunub. Satış yaxşıdır. Amma həm diri, həm də hazır ətlərin qiymətində artım var. Heyvanlar Cəlilabad, İmişli və adətən Beyləqandan gəlir”.

Bölgələrdə də ətin qiyməti bahalaşıb. Satıcılar bunu mal bazarlarının qıt olması ilə əlaqələndiriblər.

Qeyd edək ki, mayın 27-28-si ölkəmizdə Qurban Bayramı qeyd olunacaq.(Milli.Az)