Kosmetoloq Yekaterina Vasilieva botoks və filler prosedurları ətrafında formalaşan iki qorxunun əsassız olduğunu bildirib.
Cagdas.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, hialuron turşusu dərialtına düzgün yeridildikdə suyu özünə çəkərək itirilmiş həcmi bərpa edir və üz strukturunu formalaşdırır.
O qeyd edib ki, ən çox yayılan yanlış fikir botoks və fillerin dəri altında hərəkət etməsidir. Vasilieva bunun mümkün olmadığını, problemlərin isə adətən preparatın yox, səhv texnikanın nəticəsi olduğunu vurğulayıb. Fillerin çox səthi vurulması isə üzdə şişkin görüntü yarada bilər.
Kosmetoloq təhlükələrin azaldılması üçün yalnız peşəkar mütəxəssislərə müraciət etməyi tövsiyə edib.(publika)
















