Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Cagdas.az xəbər verir ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının və ya prezidentin müraciəti əsasında növbədənkənar sessiya çağırılır.
Qeyd edək ki, deputatlar tərəfindən növbədənkənar sessiya üçün imzatoplama mərhələsinə başlanılıb.
Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Xatırladaq ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də bitir.(oxu.az)














