• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.7° Weather Columbus
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

05 İyun, 26 / 10:05
A A

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?

Çağdaş.Az xəbər verir ki, Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, dünyanın bir çox ölkələrində sosial-demoqrafik siyasət, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması milli strategiyanın mühüm hissəsi hesab olunur və milli təhlükəsizlik məsələsi kimi diqqət mərkəzində saxlanılır:

“İnkişaf etmiş ölkələrin əksəriyyətində əhali artım tempinin azalması müşahidə olunur. Xüsusilə Avropada əhalinin qocalması prosesi daha qabarıq şəkildə özünü göstərir.

Son onilliklərdə demoqrafik tənəzzül qlobal əhali siyasətində aktual məsələlərdən birinə çevrilib. Bununla bağlı müxtəlif ölkələrdə fərqli sosial-iqtisadi təşəbbüslər və təşviq mexanizmləri tətbiq olunur. Beynəlxalq təcrübə göstərir ki, təkcə maliyyə yardımları və iqtisadi dəstək vasitəsilə doğum səviyyəsini uzunmüddətli artırmaq mümkün olmur.

Daha effektiv nəticələr kompleks ailə siyasətinin həyata keçirilməsi və ailələrin dövlət qayğısı ilə əhatə olunması sayəsində əldə edilir. Azərbaycan reallığı nəzərə alındıqda Macarıstan və Polşanın təcrübəsi nümunə göstərilə bilər. Bu ölkələrdə çoxuşaqlı ailələr üçün güzəştli ipoteka proqramları, dövlət subsidiyaları və vergi güzəştləri tətbiq olunur.

Azərbaycanda da mənzil problemi ailələrin ikinci və ya üçüncü uşağa sahib olmaq qərarına təsir edən əsas amillərdəndir. Təkcə dolanışıq deyil, gələcək təminatla bağlı narahatlıqlar da bu qərarlara təsir göstərir. Bu səbəbdən mənzil dəstəyi mexanizmləri, sosial güzəştlər, uşaq pulunun verilməsi və uşaqlara yönəlmiş sosial xidmətlərin genişləndirilməsi mühüm rol oynaya bilər”.

Ekspert deyib ki, Skandinaviya ölkələri, Fransa və İsveç təcrübəsi göstərir ki, əlçatan bağça və məktəbəqədər təhsil sistemi qadınların əmək bazarında qalmasına şərait yaradır və daha çox uşaq sahibi olmaq qərarına müsbət təsir göstərir:

“Azərbaycanda da bənzər model tətbiq edilə bilər. Bununla yanaşı, işsizlik, gizli işsizlik və aşağı əməkhaqqı kimi problemlər nəzərə alınmalıdır. Bu baxımdan Azərbaycan və Avropa ölkələrinin sosial-iqtisadi göstəricilərini birbaşa müqayisə etmək çətindir.

Valideynlərin sosial müdafiəsinin gücləndirilməsi də mühüm istiqamətlərdəndir. Skandinaviya ölkələrində analarla yanaşı atalar üçün də müxtəlif güzəştlər nəzərdə tutulur. Bu model ailədaxili yükün daha balanslı bölüşdürülməsinə şərait yaradır. Azərbaycanda ailə və əmək siyasətinin əlaqələndirilməsi gənc ailələrin iş və ailə həyatını daha rahat uzlaşdırmasına kömək edə bilər. Bu, boşanmaların və abortların azalmasına da müsbət təsir göstərə bilər.

Asiya ölkələrində, xüsusilə Yaponiya, Cənubi Koreya, Sinqapur və Hindistanda ailələrin dəstəklənməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Ailələrə verilən sosial dəstəyin uşaq sayı ilə əlaqələndirilməsi də müzakirə oluna bilər. Məsələn, ikinci və üçüncü uşağın doğulmasına görə vergi güzəştlərinin və sosial ödənişlərin artırılması demoqrafik problemlərin yumşaldılmasına kömək edə bilər. Azərbaycan üçün ən məqsədəuyğun yanaşma yerli şəraitə uyğunlaşdırılmış kompleks ailə siyasətinin həyata keçirilməsidir. Bu çərçivədə həm atanın, həm də ananın hüquqları bərabər qorunmalı, sosial dəstək mexanizmlərinə çıxış genişləndirilməlidir.

Eyni zamanda abortların azaldılması istiqamətində hüquqi, sosial və maarifləndirici tədbirlərin həyata keçirilməsi əhalinin artımına, sağlamlığın qorunmasına və gələcəkdə sosial təminat sisteminin dayanıqlılığına müsbət təsir göstərə bilər”,- deyə o qeyd edib.

 

Bənzər Xəbərlər

Cəmiyyət

I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır

İyun 5, 2026
Cəmiyyət

Bəzi rayonlara yağış və dolu yağıb – FAKTİKİ HAVA

İyun 5, 2026
Cəmiyyət

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

İyun 5, 2026
Cəmiyyət

Paşinyan ilk dəfə yekun rəqəmi açıqladı – 4273 ölən var

İyun 5, 2026
Cəmiyyət

Milli Məclisin iclası keçirilir – GÜNDƏLİK

İyun 5, 2026
Cəmiyyət

Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin!

İyun 5, 2026

XƏBƏR LENTİ

I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır

05 İyun, 26 / 12:36

Bəzi rayonlara yağış və dolu yağıb – FAKTİKİ HAVA

05 İyun, 26 / 12:23

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

05 İyun, 26 / 12:10

Paşinyan ilk dəfə yekun rəqəmi açıqladı – 4273 ölən var

05 İyun, 26 / 11:56

Milli Məclisin iclası keçirilir – GÜNDƏLİK

05 İyun, 26 / 11:43

Azərbaycan nefti ucuzlaşıb

05 İyun, 26 / 11:30

Prezident İlham Əliyev millimizi təbrik edib

05 İyun, 26 / 11:18

Baydenin oğlu prezident ola bilər

05 İyun, 26 / 11:05

14 ölkə ilə bağlı XƏBƏRDARLIQ: Getməyin!

05 İyun, 26 / 10:51

Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin!

05 İyun, 26 / 10:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.