İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ ilə anlaşma memorandumunun mətni onun əsas bəndləri üzrə razılaşdırılıb.
Cagdas.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
“Sözlərin tərtibi baxımından mətnin əsas məqamları praktik olaraq razılaşdırılıb. Problem ondadır ki, ABŞ-ın ziddiyyətli mövqeyi həmişə bu prosesdə pozuntulara səbəb olub”, – Bəqai bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla müqavilənin bu həftəsonu Avropada imzalana biləcəyini demişdi.
ABŞ prezidenti Donald Tramp Tehranı danışıqları dayandırmaqda günahlandırdıqdan və hücum əmri verdikdən sonra Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Bu yaxınlarda Hörmüz boğazı yaxınlığında ABŞ hərbi helikopterinin vurulması eskalasiyaya səbəb olub.
11 iyun gecəsi ABŞ İrana 49 “Tomahawk” qanadlı raketi atıb. Tehran buna cavab olaraq bölgədəki Amerika hərbi bazalarını vurub və Hörmüz boğazını tankerlər və ticarət gəmiləri üçün bağlayıb.(referans media)
















