Rusiya Hava Hücumundan Müdafiə qüvvələri gecə saatlarında ölkə regionları üzərində Ukraynaya məxsus 249 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Çağdaş.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Paytaxt meri Sergey Sobyanin isə bildirib ki, vurulan dronlardan 4-ü birbaşa Moskva istiqamətinə uçurmuş.
Gecə ərzində ən ciddi hadisələrdən biri Yaroslavl vilayətində qeydə alınıb.
Vilayət qubernatoru Mixail Yevrayevin sözlərinə görə, vurulan PUA-ların qalıqlarının əksəriyyəti yanacaq saxlanılan sənaye obyektlərinin ərazisinə düşüb.
Hazırda hadisə yerində baş verən yanğının söndürülməsi işləri davam etdirilir, ilkin məlumatlara görə xəsarət alan yoxdur./Musavat.com/
















