Böyük Britaniya Rusiyaya aid neft tankerini ələ keçirib.
Çağdaş.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kir Starmer “X” sosial şəbəkəsində yazıb.
Baş nazirin sözlərinə görə, silahlı qüvvələr La-Manş boğazından keçməyə çalışan tankerə müdaxilə edib və əməliyyat uğurla başa çatdırılıb.
“Bu gün səhər tezdən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən kölgə donanmasının neft tankerini ələ keçirmək əmri verdim.
Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurdu. Həmçinin Ukraynada müharibəni davam etdirməyə kömək edən tərəflər üçün siqnaldır”, – deyə Kir Starmer qeyd edib.
Əməliyyatla bağlı detallar açıqlanmayıb./Globalinfo/
















