İran Parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcəklər.
Çağdaş.Az məlumatına görə, bu barədə “The New York Times” İran rəsmilərinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Amerikanı 19 iyunda keçirilməsi planlaşdırılan mərasimdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens təmsil edəcək.
Qeyd olunur ki, mərasim baş tutsa, bu, Vaşinqton və Tehran arasında son 47 ildə ən yüksək səviyyəli təmas olacaq./Report/
















