ABŞ administrasiyasının rəsmiləri İran mediasında Vaşinqtonun dondurulmuş İran aktivlərinin 12 milyard dollarlıq hissəsinin açılmasına dair yayılan məlumatları təkzib ediblər.
Çağdaş.Az xəbər verir ki, məlumatı “Axios” jurnalisti Barak Ravid öz mənbələrinə istinadən yayıb: “Bu, tamamilə yalandır. Bu, nəticələr tələb olunan bir razılaşmadır və iranlılar öhdəliklərini yerinə yetirənə qədər dondurulmuş vəsaitlər buraxılmayacaq”. Onun sözlərinə görə, bu, 60 günlük danışıqlar müddəti başlamazdan əvvəl baş verə bilməz.
Qeyd edək ki, bundan əvvəl Mehr Xəbər Agentliyi mənbələrə istinadən bildirib ki, danışıqların son mərhələsi başlamazdan əvvəl təxminən 12 milyard dollar dəyərində İran aktivləri azad ediləcək./Referans Media/
















