ABŞ-İran müqaviləsi Tehranın heç vaxt nüvə silahına sahib olmayacağına zəmanət verir.
Çağdaş.Az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti D.J.Vens Fox News-a müsahibəsində deyib: “Bu o deməkdir ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq. Yalnız inkişaf etdirmək deyil, həm də nüvə silahı əldə etmək və əldə etməyə cəhd etmək. Bu, müqavilədə yer alır”.
ABŞ vitse-prezidenti əmindir ki, Vaşinqton İranın müqavilənin şərtlərinə əməl etməsinə nəzarət edəcək, lakin Tehranın bunun müqabilində nə alacağını dəqiqləşdirməyib.
Vens əlavə edib ki, Tehranın müqaviləyə əməl etməsi Yaxın Şərqi növbəti əlli il ərzində kökündən dəyişdirəcək və onu investisiya üçün daha uyğun bir bölgəyə çevirəcək./Referans Media/
















