Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Paraqvayla keçiriləcək oyun öncəsi heyətdə dəyişikliklər etməyə hazırlaşır.
Cagdas.az xəbər verir ki, D qrupunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olan “ay-ulduzlular”ın texniki heyəti ilk görüşü təhlil etdikdən sonra oyun planında müəyyən düzəlişlər etmək qərarına gəlib. Bildirilir ki, Montella futbolçularından ötürmə səhvlərini minimuma endirməyi və müdafiədə daha diqqətli olmağı tələb edib.
Məlumata görə, Kenan Yıldız Paraqvayla qarşılaşmada start heyətində yer alacaq. Baş məşqçinin hücum xəttində isə Deniz Gülə şans verməyi düşündüyü qeyd olunur. Bu səbəbdən Kerem Aktürkoğlu və Barış Alper Yılmazın oyuna ehtiyat oyunçular skamyasından başlaya biləcəyi bildirilir.
Qeyd edək ki, Paraqvayla qarşılaşmanın nəticəsi Türkiyə millisinin qrupdakı taleyi baxımından həlledici əhəmiyyət daşıyır.(metbuat.az)
















