• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.3° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Milyarderlərin də pul verib gedə bilməyəcəyi SİRLİ YERLƏR

21 İyun, 26 / 10:37
A A

Qloballaşma, müasir texnologiyalar və nəqliyyat sahəsində əldə olunan böyük nailiyyətlərə baxmayaraq, dünyada elə yerlər var ki, onları istəsəniz də, ziyarət edə bilməzsiniz. 

Bu məkanlara giriş ya ciddi şəkildə qadağandır, ya da yalnız xüsusi icazəsi olan azsaylı insanlara verilir.

1. Vatikanın Gizli Arxivi

Təxminən 85 kilometr uzunluğunda rəfləri və 35 min cilddən çox sənədi özündə birləşdirən bu arxivdə bəşəriyyətin son 12 əsrlik tarixini əks etdirən nadir sənədlər saxlanılır. Burada uzun illər itmiş hesab edilən Tampliyer cəngavərlərinin məhkəmə protokolları, 1521-ci ildə Martin Lüterin kilsədən xaric edilməsi barədə Papalıq fərmanı və digər son dərəcə məxfi sənədlər mövcuddur. Arxiv həm də dünyanın ən böyük okkultizm ədəbiyyatı kolleksiyalarından biri hesab edilir. Buraya yalnız xüsusi akkreditasiyadan keçmiş azsaylı alimlər daxil ola bilir.

2. Keymada-Qrandi adası, Braziliya

San-Paulu sahillərindən təxminən 100 kilometr aralıda yerləşən bu ada ilk baxışda cənnəti xatırlatsa da, əslində dünyanın ən təhlükəli məkanlarından biridir. Ada ölümcül zəhərli ilanlarla doludur. Alimlərin hesablamalarına görə, hər kvadratmetrə bir neçə ilan düşür. Buradakı gürzələrin zəhəri dişlənən nahiyədə toxumaları sürətlə məhv edir və vaxtında tibbi yardım göstərilməzsə, qısa müddətdə insanın ölümünə səbəb ola bilər. Buna görə adaya giriş Braziliya hökuməti tərəfindən qadağan edilib.

3. “Zona 51”,  ABŞ

Nevada ştatının cənubundakı səhrada yerləşən bu hərbi baza 1950-ci illərdə inşa olunub. Ərazi hasarlanmasa da, sərhədləri xəbərdaredici lövhələr və xüsusi nişanlarla qeyd edilib. “Zona 51” uzun illərdir sirli məkan kimi tanınır. Müxtəlif sui-qəsd nəzəriyyələrinə görə, burada yadplanetli texnologiyalar və ya məxfi hərbi silahlar sınaqdan keçirilir. Bu iddiaları təsdiqləyən dəqiq sübutlar olmasa da, bazaya giriş ciddi şəkildə məhdudlaşdırılıb.

4. Sürtsey adası, İslandiya

1963-cü ildə güclü vulkan püskürməsi nəticəsində yaranan Sürtsey Yer kürəsinin ən gənc adalarından biridir. Burada əvvəlcə bakteriyalar, göbələklər və kiflər meydana gəlib, daha sonra isə bitki və heyvan növlərinin sayı sürətlə artmağa başlayıb. Alimlər adada təbiətin sıfırdan necə formalaşdığını müşahidə etdikləri üçün ekosistemin pozulmaması məqsədilə bura yalnız elmi tədqiqat aparan şəxslərin girişinə icazə verilir.

5. Lasko mağaraları, Fransa

Lasko mağaralarının divarlarında eramızdan əvvəl XV-XVIII əsrlərə aid təxminən 600 qədim qayaüstü rəsm qorunub saxlanılır. Burada atlar, bizonlar, vəhşi öküzlər və müxtəlif heyvanlar təsvir olunub. 1963-cü ilə qədər mağara turistlər üçün açıq idi. Lakin alimlər müəyyən ediblər ki, ziyarətçilərin nəfəsindən ayrılan karbon qazı qədim rəsmlərə ciddi zərər verir. Buna görə mağara bağlanıb və hazırda yalnız xüsusi icazəsi olan mütəxəssislər ora daxil ola bilir.

6. Dünya Toxum Anbarı, Norveç

Norveçdə yerləşən bu məşhur toxum anbarı Yer üzündə bitki növlərinin gələcək nəsillər üçün qorunması məqsədilə yaradılıb. Nüvə müharibəsi, qlobal iqlim fəlakətləri və ya meteorit toqquşması kimi fövqəladə hallarda bitki müxtəlifliyini bərpa etmək üçün burada 4,5 milyona yaxın toxum nümunəsi saxlanılır. Anbar yerin 120 metr dərinliyində yerləşir və partlayışa davamlı təhlükəsizlik sistemi ilə qorunur. Bu səbəbdən adi insanların ora daxil olması mümkün deyil.//Lent.az

Bənzər Xəbərlər

Gündəm

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - XƏBƏRDARLIQ

İyun 18, 2026
Gündəm

Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı – FOTO

İyun 10, 2026
Gündəm

Regionda üç cəbhədən “savaş” başladı – Hədəf bir ölkədir

İyun 7, 2026
Gündəm

NYT: ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir

İyun 7, 2026
Gündəm

Azərbaycan nefti ucuzlaşıb

İyun 5, 2026
Gündəm

Naxçıvan üçün yeni dövr:: Prezidentin nümayəndəliyi ilə bağlı VACİB QƏRAR

İyun 2, 2026

XƏBƏR LENTİ

İlham Əliyev hədəfi açıqladı – yükdaşımadan gəlirlər ikiqat artacaq

 

21 İyun, 26 / 13:34

TƏCİLİ! Fransada fövqəladə vəziyyət: Qırmızı təhlükə səviyyəsi elan olundu

 

21 İyun, 26 / 13:15

Bunu görən Rusiya əsgərləri təslim olur: Cəbhədə yeni “Kabus”

21 İyun, 26 / 12:57

"ABŞ qoşunu Zəngəzurda ola bilməz"-İran danışıqlarında sensasion razılaşma?!

 

21 İyun, 26 / 12:39

Qalibaf Sürixə çatan kimi O MESAJI VERDİ - FOTOLAR

 

21 İyun, 26 / 12:20

Meloni Trampa qəzəbləndi: Öz reytinqinin qeydinə qal!

21 İyun, 26 / 12:02

Marşal Asım Munir də ABŞ–İran danışıqları üçün İsveçrəyə getdi

21 İyun, 26 / 11:46

Vens Cenevrəyə getdi - Danışıqların mövzusunu açıqladı

21 İyun, 26 / 11:28

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

21 İyun, 26 / 11:11

ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?

21 İyun, 26 / 10:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.