• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

24 İyun, 26 / 10:44
A A

Yüksək tələbat nəzərə alınaraq, Bakı–Tbilisi–Bakı marşrutu üzrə aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırılır.

Cagdas.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov mediaya açıqlamasında bildirilib.

Onun sözlərinə görə, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib:

“Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur.

Azərbaycan Dəmir Yollarında bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir.

ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir”.

Azər Fərəcov əlavə edib ki, bilet satışı hazırda 30 günlük dövrü əhatə edir:

“Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.

Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik”.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı – Günahkar onlardır….

İyun 24, 2026
Cəmiyyət

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

İyun 24, 2026
Cəmiyyət

Bakının bu ərazilərində işıq olmayacaq

İyun 24, 2026
Cəmiyyət

İş günü qısaldılacaq – Bu tarixdə

İyun 24, 2026
Cəmiyyət

Bakı-Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

İyun 24, 2026
Cəmiyyət

Azərbaycanda dollara tələb kəskin azalıb – RƏQƏMLƏR

İyun 24, 2026

XƏBƏR LENTİ

Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı – Günahkar onlardır….

24 İyun, 26 / 14:23

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

24 İyun, 26 / 14:08

Əfsanələrə ilham verən qədim şəhər Troya – FOTOLAR  

 

24 İyun, 26 / 14:06

Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır - FOTOLAR

24 İyun, 26 / 13:57

Bakının bu ərazilərində işıq olmayacaq

24 İyun, 26 / 13:55

Türkiyənin ən gözəl  turizm kəndlərinın adı açıqlandı - FOTOLAR

24 İyun, 26 / 13:48

İş günü qısaldılacaq – Bu tarixdə

24 İyun, 26 / 13:42

Bakı-Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

24 İyun, 26 / 13:35

Azərbaycanda dollara tələb kəskin azalıb – RƏQƏMLƏR

24 İyun, 26 / 13:28

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 26 / 13:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.