Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Ermənilərin Qafqaza gəldiyi tarix açıqlandı

Cəmiyyət

1441-ci ilə – erməni dini kafedrası İrəvan yaxınlığındakı Üçkilsə ərazisinə köçürülənə qədər bugünkü haylar bu coğrafiyada məskun olmayıblar və yaşamayıblar.

Cagdas.az  xəbər verir ki, bu barədə Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş Qərbi Azərbaycana qayıdış: Tarixi Ədalətin Bərpası və İnsan Hüquqları adlı tədbirdə çıxışı zamanı deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.

O, qeyd edib ki, ermənilərin bu ərazilərə kütləvi köçürülməsi isə XIX əsrin birinci rübündən sonra başlayıb:

“Elə o vaxtdan da Qərbi Azərbaycan ərazisində soydaşlarımızın etnik təmizləməsi start götürüb. Qərbi Azərbaycanda yerli xalq olan azərbaycanlıların oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar, insanlığa qarşı digər cinayətlər törətmək və insan hüquqlarının kobud şəkildə pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız şəkil almışdır. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır”.(modern.az)