Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Əhalinin kredit kartları üzrə borcu azalır – Müqayisə

Cəmiyyət

Azərbaycanda ev təsərrüfatlarının banklara olan kredit borcunun 6,5 faizini kredit kartları ilə alınan borclar təşkil edir.

Cagdas.az  Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, son iki ildə ev təsərrüfatlarının, yəni ailələrin ümumi kredit borcu artsa da kredit kartları üzrə borclar azalır.

2024-cü ildə əhalinin banklara kredit kartları üzrə borcu maksimum həddə çatmışdı. Həmin ilin sonunda kredit kartları üzrə borc 1,347 milyard manat dəyərində olmuşdu. Bu qədər borcun ümumi kredit borclarında payı isə 8,2 faiz təşkil edirdi.

Amma ümumi borcda kredit kartları üzrə borcun məbləği 2025-ci ilin sonunda 7,1 faizə, 2026-cı ilin mayın sonunda 6,5 faizə geriləyib.

Ailələrin ümumi kredit borclarının artmasına baxmayaraq kredit kartları üzrə borcların azalması maraqlıdır.(sfera.az)