DÇ-2026-da qrup mərhələsinin 3-cü turu çərçivəsində oyunlar davam edir.
Cagdas.az xəbər verir ki, 25 iyundan 26-na keçən gecə maraqlı qarşılaşmalar baş tutacaq.
Saat 00:00-da E qrupunun Kurasau millisi Fil Dişi Sahili ölkəsinin yığma komandası ilə görüşəcək.
Eyni saatda Ekvador – Almaniya matçı da başlayacaq.
Saat 03:00-da F qrupunun komandaları – Yaponiya İsveçlə, Tunis Niderlandla oynayacaq.
Saat 06:00-da D qrupunda da iki oyun keçirləcək. Eyni saatda Türkiyə – ABŞ və Paraqvay – Avstraliya oyunu başlayacaq.(ölkə.az)
















