“Hazırda ixtisas seçimi mərhələsindəyik və hələ də seçim etməyən abituriyentlərlə bu proseslə bağlı bir neçə müşahidəmi bölüşmək istəyirəm. İlk tövsiyəm budur: ixtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin”.
Cagdas.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir:
“Xidmətin ödənişsiz olması onun yalnız ümumi məlumat verməsi demək deyil. Əksinə, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir.
Bu mərkəzlərdə çalışan əməkdaşlar ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən peşəkarlardır.
















