Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Ekspertdən xəbərdarlıq: Bu məhsulları almayın, əks halda…

Cəmiyyət

Son illər bazarda satışa çıxarılan bəzi kolbasa və digər ət məhsullarının üzərində tərkib məlumatlarının natamam göstərilməsi, yaxud çox xırda şriftlə yazılması istehlakçıların narazılığına səbəb olur. Halbuki qanunvericilik ərzaq məhsullarının mənşəyi, tərkibi və digər vacib məlumatların aydın şəkildə təqdim olunmasını tələb edir.

Bəs bəzi məhsullarda bu tələblərə niyə əməl edilmir və belə hallara qarşı hansı tədbirlər görülməlidir?
Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda ərzaq məhsullarının markalanması ilə bağlı aydın tələblər mövcuddur.

Onun sözlərinə görə, “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında istehsalçıların məhsulların üzərində məlumatları istehlakçının başa düşə biləcəyi şəkildə təqdim etməsi nəzərdə tutulur:
“Qanunvericiliyə əsasən, məhsullar xarici dillə yanaşı Azərbaycan dilində də ətraflı markalanmalıdır. Təəssüf ki, bazarda düzgün markalanmayan, hətta üzərində etiket olmayan məhsullara da rast gəlinir. Bu cür halların qarşısını Qida Təhlükəsizliyi Agentliyi almalıdır”.

E.Hüseynov bildirib ki, tərkibi barədə dolğun məlumat verilməyən məhsulların satışı istehlakçı hüquqlarının pozulması hesab olunur:
“Belə məhsulları almaq məsləhət deyil. Tərkibi göstərilməyən və ya natamam məlumatla satışa çıxarılan malların dövriyyəsinə yol verilməməlidir. Bu, qanunvericiliyin tələblərinə ziddir və həmin məhsulların satışının qarşısı alınmalıdır”.

Ekspert vurğulayıb ki, istehlakçılar məhsul alarkən etiket məlumatlarına diqqət yetirməli, tərkibi və istehsalçı barədə məlumatı olmayan ərzaq məhsullarından uzaq durmalıdırlar.