Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Kilosu 20 qəpiklik pomidor Bakıda niyə 2 manata satılır?

Cəmiyyət

Fermerlərdən 20-30 qəpiyə alınan pomidor paytaxtda baha satılır. 

Bəs bu bahaçılığın səbəbi nədir? 

Cagdas.az  xəbər verir ki, hazırda paytaxtda pomidorun qiyməti 2-3 manat arası dəyişir. Satıcıların sözlərinə görə, keçən il pomidorun qiyməti daha ucuz idi:

“Biz də topdan baha alırıq deyə qiymət avtomatik təsir edir. Pomidoru Şəmkir və adətən Sabirabaddan alırıq. Bəzən elə olur ki, məhsulun qiymətinin üstünə sadəcə 20 qəik qoyuruq”.

Alıcılar da satıcılar kimi məhsulun baha olmasından narazıdırlar. Fermerlər isə məhsulun ucuzlaşdığını düşünürlər:

“Bölgələrdə pomidor 20-50 qəpik arası satılır. Məhsulun ucuzlaşma səbəbi Rusiya bazarına az göndərilməsi ilə bağlıdır. Digər səbəb isə məhsuldarlığı bolluğu ilə bağlıdır. 20-30 qəpiyə satdığımız sortlar var. Məhsulun sənədləşməsi gec olduğu üçün Rusiya bazarına göndərmirik”.

Qeyd edək ki, satıcılar məhsul bolluğunun digər səbəbini isə məhərrəmlik ayında toylar və digər böyük mərasimlərin keçirilməməsi ilə əlaqələndirirlər./Milli.Az