Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət kabinetində hər hansı ciddi kadr dəyişikliyi etmək niyyətində olmadığını bəyan edib.
Cagdas.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin iclasından sonra keçirilən brifinqdə çıxış edən Paşinyan nazirlər kabinetinin mövcud tərkibini qoruyacağını bildirib: “Mən hökumətin tərkibində dəyişiklik planlaşdırmıram. Hökumət üzvləri olan baş nazirin müavinləri və nazirlər yenidən öz vəzifələrinə təyin olunacaqlar. Müəyyən kadr dəyişiklikləri isə yalnız digər idarəetmə pillələrində baş verə bilər”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixində keçirilib. Rəsmi nəticələrə əsasən, Milli Assambleyaya cəmi üç siyasi qüvvə daxil ola bilib:
”Mülki Müqavilə” partiyası (Nikol Paşinyan) — 49,7456% səs (726 819 səs) — 64 mandat
“Güclü Ermənistan” bloku — 23,2710% səs (340 060 səs) — 29 mandat
“Ermənistan” bloku — 9,9231% səs (144 983 səs) — 12 mandat
Bu nəticələrlə Paşinyanın rəhbərlik etdiyi hakim partiya parlamentdə çoxluğu qoruyub saxlasa da, ölkənin Konstitusiyasına birtərəfli qaydada dəyişiklik etmək üçün tələb olunan konstitusion çoxluğu (üçdə iki səs üstünlüyünü) itirib.(modern.az)
















