• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Cinayət törədənlərin yarıdan çoxu işsizdir

25 İyun, 26 / 21:57
A A

2025-ci ildə Azərbaycanda cinayət törətmiş şəxslərin sayı 21 min 31 nəfər olub. Onların böyük hissəsini kişilər, 30 yaşdan yuxarı şəxslər və əmək qabiliyyətli, lakin işləməyən şəxslər təşkil edib.

Cagdas.az  xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilə dair hüquqpozmalar statistikasında yer alıb.

Rəsmi rəqəmlərə görə, ötən il cinayət törətmiş şəxslərin 19 min 694-ü kişi, 1337-si qadın olub. Yaş bölgüsünə baxdıqda isə 14-17 yaş arasında 478 nəfər, 18-29 yaş arasında 5 103 nəfər, 30 və yuxarı yaş qrupunda isə 15 min 450 nəfər cinayət törədib. Bu da göstərir ki, cinayət törədənlərin əsas hissəsi 30 yaşdan yuxarı şəxslərdir.

Statistika məşğulluq vəziyyəti baxımından da diqqət çəkir. Belə ki, 2025-ci ildə cinayət törədənlər arasında fəhlələrin sayı 878, qulluqçuların sayı 421, kənd təsərrüfatı işçilərinin sayı 24, təhsil alanların sayı isə 28 nəfər olub. Ən böyük qrup isə əmək qabiliyyəti olan, lakin işləməyən və təhsil almayan şəxslərdir. Bu kateqoriyada 10 min 856 nəfər qeydə alınıb. Digər məşğulluq növləri üzrə isə 8 min 824 nəfər cinayət törədib.

Cinayət növlərinə görə bölgüdə ilk yeri yenə narkotiklə bağlı cinayətlər tutur. Belə ki, 2025-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən şəxslərin sayı 5 657 nəfər olub. Bu göstərici digər bütün əsas cinayət növlərindən yüksəkdir.

Ötən il yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğuna görə 2 517 nəfər cinayət törədib. Onlardan 429 nəfərin əməli zərərçəkənin ölümü ilə nəticələnən hadisələrlə bağlı olub.

Bundan başqa, 2025-ci ildə oğurluq üzrə 1966, dələduzluq üzrə 2324, xuliqanlıq üzrə 700, qəsdən sağlamlığa ağır zərər vurma üzrə 260, qəsdən adam öldürmə və adam öldürməyə cəhd üzrə 243 nəfər cinayət törədib. Zorlama və zorlamağa cəhd üzrə 21, soyğunçuluq üzrə 121, quldurluq üzrə isə 112 nəfər qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə cinayət törətmiş şəxslərin sayı 22 min 485, 2023-cü ildə isə 25 min 6 nəfər olub. Beləliklə, son iki ildə bu göstəricidə azalma müşahidə edilsə də, cinayət törədənlər arasında işsiz və təhsil almayan şəxslərin, eləcə də narkotiklə bağlı cinayətlərin üstünlük təşkil etməsi diqqət çəkən məqamlardan biri olaraq qalır.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Diabet riski yüksək olan qan qrupu açıqlandı

İyun 25, 2026
Cəmiyyət

Azərbaycanın ən işıqlı şəhəri açıqlandı – Nə Bakı, nə Gəncə, nə də Sumqayıt imiş

İyun 25, 2026
Cəmiyyət

Azərbaycanda hansı yaşda qadınlar, hansı yaşda kişilər çoxdur?

İyun 25, 2026
Cəmiyyət

BDU-nun məzun gecəsi son anda ləğv edildi – 46 min manat yığıldı

İyun 25, 2026
Cəmiyyət

Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub

İyun 25, 2026
Cəmiyyət

Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirir

İyun 25, 2026

XƏBƏR LENTİ

İnsanların yuxuda gəzməsinin SƏBƏBİ

25 İyun, 26 / 23:43

Bu bürclərdən olanlar daha yaraşıqlı və gözəl görünürlər

25 İyun, 26 / 23:23

Diabet riski yüksək olan qan qrupu açıqlandı

25 İyun, 26 / 23:06

Azərbaycanın ən işıqlı şəhəri açıqlandı – Nə Bakı, nə Gəncə, nə də Sumqayıt imiş

25 İyun, 26 / 22:53

“Qarabağ”dan 2.7 milyonluq transfer – Artıq Bakıdadır

25 İyun, 26 / 22:38

Bu ölkə dünya futbolundan uzaqlaşdırıldı

25 İyun, 26 / 22:24

Azərbaycanda hansı yaşda qadınlar, hansı yaşda kişilər çoxdur?

25 İyun, 26 / 22:10

Cinayət törədənlərin yarıdan çoxu işsizdir

25 İyun, 26 / 21:57

Avropa istidən “yanır” – Həyəcan siqnalı verildi

25 İyun, 26 / 21:45

BDU-nun məzun gecəsi son anda ləğv edildi – 46 min manat yığıldı

25 İyun, 26 / 21:32
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.