Cagdas.az xəbər verir ki, iyunun 30-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxiol edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. “Metrik Konvensiya”ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
2. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
4. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (üçüncü oxunuş).
5. İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
6. Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
7. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş).
8. “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ı qanunun layihəsi (ikinci oxunuş).
9. “Milli Məclis Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
10. “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
11. “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).
12. “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
13. “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
14. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).(ölkə.az)
















