Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 200 milyon manat kredit verilib.
Cagdas.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 33.3 % azalaraq 100.4 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39.4 % azalaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42.6 milyon manat olub.(referans media)
















