Son dəqiqə
Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb

Cəmiyyət

Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Cagdas.az  xəbər verir ki, 18 vaqon “Aİ-92” markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.(sfera.az)