Son dəqiqə
Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

Cəmiyyət

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər.

Cagdas.az  xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildirib ki, D vitamininin sintezi üçün günəş şüaları həyati əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, sağlam həyat üçün günəşlənmək və dənizə girmək vacibdir. Günorta saatlarında belə, 30 dəqiqəni keçməmək şərtilə günəşdən faydalanmağın mümkün olduğunu deyib.

Professor qeyd edib ki, D vitamini günəş şüalarının təsiri ilə aktivləşir. Lakin bəzi genetik və metabolik problemlər bu vitaminin sintezinə mane ola bilər. Belə hallarda D vitamini səviyyəsinin analizlə yoxlanılması və həkim məsləhəti ilə əlavə qəbul edilməsi tövsiyə olunur.

A. Akmanın sözlərinə görə, D vitamini çatışmazlığı həddindən artıq tərləmə, autoimmun xəstəliklər, saç tökülməsi, sümük sınıqları və hətta bəzi xərçəng növlərinin yaranma riskinin artması ilə əlaqələndirilir. O bildirib ki, bu çatışmazlıq pasiyentlər arasında tez-tez müşahidə olunur.

Mütəxəssis eyni zamanda xəbərdarlıq edib ki, D vitamini əldə etmək məqsədilə uzun müddət günəş altında qalmaq düzgün deyil. Çünki bu, dərinin zədələnməsinə və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.

Professor günəşdən qoruyucu vasitələrin də təsadüfi seçilməməsinin vacibliyini vurğulayıb. O bildirib ki, krem və ya losyonun növü, eləcə də fiziki və ya kimyəvi tərkibli qoruyucunun seçimi insanın dəri xüsusiyyətlərinə uyğun olaraq dermatoloq tərəfindən müəyyən edilməlidir. Yanlış məhsul seçiminin dəriyə və xüsusilə uşaqlarda hormonal tarazlığa mənfi təsir göstərə biləcəyini qeyd edərək, vətəndaşlara bu mövzuda mütləq dermatoloqa müraciət etməsini tövsiyə edib./Milli.Az